Marinos Uzunidis: Araz Naxçıvan la cavab oyununda tamam fərqli Aris meydanda olacaq
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Araz-Naxçıvan"la cavab oyununda tamam fərqli "Aris" meydanda olacaq".
Oxu.Az xəbər verir ki, bunu "Aris"in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
"Bizim üçün çox pis nəticə oldu. Qol vurduqdan sonra oyuna nəzarət edə bilərdik, lakin bacarmadıq. Bəzi futbolçularımız fiziki cəhətdən hazır deyildilər. Rəqib qələbəyə layiq idi. Artıq ilk qarşılaşmanı unudub, cavab görüşünə hazırlaşmalıyıq. Cavab matçı tamamı ilə fərqli olacaq. Təcrübəli futbolçularımız var. Cavab görüşündə onların gücündən yararlanacağıq. İkinci qolu səhvimizdən buraxdıq. Hətta, üçüncü qolu da qapımızda görə bilərdik. Cavab oyununda soyuqqanlı olmalıyıq. Bəzi oyunçularımızın üzərində işləməliyik".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Aris" qarşılaşması Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 İyul 2025 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















