Mark Karni ABŞ la ticarət sazişi imzalanmasının gecikməsinin səbəblərini açıqlayıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaşinqton, 7 oktyabr, AZƏRTAC
“Biz ABŞ-ın ikinci ən böyük ticarət tərəfdaşıyıq”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Kanadanın Baş naziri Mark Karni Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı ABŞ-niyə hələ də Kanada ilə ticarət sazişi imzalamaması ilə bağlı suala cavabında deyib. O bildirib ki, iki ölkə sərhəd boyu çoxsaylı ticarət əməliyyatları edir.
“İkincisi, biz ABŞ-da ən böyük xarici investoruq. Bu rəqəm təkcə son beş ildə yarım trilyon dollar olub. Əgər istədiyimiz razılaşmanı əldə etsək, yaxın beş ildə yəqin ki, bu məbləğ bir trilyon dollar olacaq. Üçüncüsü, elə sahələr var ki, biz rəqabət içərisindəyik. Əminəm ki, biz Amerika və Kanada üçün düzgün razılaşma əldə edəcəyik”,- deyə Karni əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 07 Oktyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















