Icma.az
close
up
RU
Mark Randolf: Heç kim heç nə bilmir uğurun yeganə yolu sınamaqdır

Mark Randolf: Heç kim heç nə bilmir uğurun yeganə yolu sınamaqdır

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində çıxış edən “Netflix”in həmtəsisçisi və ilk rəhbəri Mark Randolf sahibkarlıqda uğurlu ideyaların necə formalaşdığını izah edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərinə görə, böyük biznes qurmaq üçün “dahi ideyaya” sahib olmaq şərt deyil: “Məsələn, oğlum səkkiz yaşında mağazadan 10 sentə aldığı şokolad çubuğunu məktəbdə 1 dollara sata biləcəyini anladı. Yəni ideya sadə ola bilər. Post-it kağızı da sadəcə bir vərəqdir, amma ildə milyardlarla dövr edir”.

Randolf vurğulayıb ki, “yaxşı ideya” anlayışının özü mübahisəlidir: “Mən həyat yoldaşıma ‘Netflix’ ideyamdan danışanda, onun dediyi ilk sözlər ‘bu, indiyə qədər eşitdiyim ən axmaq şeydir’ oldu. Amma nəticəni gördünüz. Çünki həqiqət budur – heç kim heç nə bilmir. Hansı ideyanın uğur qazanacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil”.

O, Hollivud yazıçısı, iki dəfə “Oskar” laureatı olmuş Uilyam Qoldmanın məşhur fikrinə istinad edib: “Heç kim heç nə bilmir”.

Randolf deyib ki, bu yalnız kino sənayesinə deyil, bütün innovasiya dünyasına aiddir.

“Uğurun sirri çox sadədir – ideyanı sınamaq. Çünki bir plan üzərində aylarla düşünməkdənsə, onu real müştəri ilə test etməklə daha çox şey öyrənirsiniz. Heç bir biznes planı reallıqla toqquşmadan sağ qalmır”, – deyə Randolf əlavə edib.

Onun sözlərinə görə, sahibkarın işi mübahisə aparmaq yox, fikirləri tez, ucuz və asan şəkildə sınamaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri