Nikola Yokiç NBA tarixində ikinci oldu Gecənin nəticələri
Icma.az, Apasport saytına istinadən bildirir.
Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib. Gecənin əsas hadisəsi “Denver Naqqets”in serbiyalı ulduzu Nikola Yokiçin tarixi rekorda imza atması olub.
Apasport.az xəbər verir ki, “Denver” səfərdə “Nyu-Orlean Pelikans”ı 104:91 hesabı ilə məğlub edib.
Qonaqların heyətində Nikola Yokiç 21 xal, 13 ribaund və 10 məhsuldar ötürmə ilə tripl-dabl edib. Bununla da 31 yaşlı basketbolçu NBA karyerasında 200-cü tripl-dablına imza atıb.
Yokiç NBA tarixində bu göstəriciyə çatan ikinci oyunçu olub. İndiyədək yalnız Rassell Vestbruk 200 tripl-dabl həddini keçə bilib. Amerikalı basketbolçu 18 mövsüm ərzində 209 tripl-dabla imza atıb. Yokiç isə bu nəticəyə NBA-dakı 12-ci mövsümündə nail olub.
Serbiyalı ulduzun tarixi rekordu yeniləməsi üçün daha 10 tripl-dabl etməsi lazımdır.
“Denver”in heyətində Camal Marrey 23 xal, Aaron Qordon isə 15 xal və 11 ribaundla yadda qalıb. Meydan sahiblərinin ən məhsuldar basketbolçusu 25 xal toplayan Zayon Uilyamson olub.
Gecənin digər diqqətçəkən qarşılaşmasında “Qolden Steyt Uorriorz” səfərdə “Minnesota Timbervulvz”ı 119:114 hesabı ilə məğlub edib. “Hyuston Rokets” isə “Milvoki Baks” üzərində 132:100 hesablı qələbə qazanıb.
NBA-da gecənin bütün nəticələri:
“Detroyt Pistons” – “Şarlott Hornets” 97:89
“İndiana Peysers” – “Filadelfiya 76ers” 109:114
“Atlanta Houks” – “Mayami Hit” 117:129
“Klivlend Kavalyers” – “Vaşinqton Uizards” 121:111
“Toronto Reptors” – “Orlando Mecik” 129:99
“Nyu-Orlean Pelikans” – “Denver Naqqets” 91:104
“Minnesota Timbervulvz” – “Qolden Steyt Uorriorz” 114:119
“Çikaqo Bulls” – “Nyu-York Niks” 127:133
“Milvoki Baks” – “Hyuston Rokets” 100:132
“Yuta Cazz” – “San-Antonio Spörs” 111:117 (əlavə vaxtda)
“Dallas Maveriks” – “Oklahoma Siti Tander” 120:96
“Los-Anceles Klippers” – “Los-Anceles Leykers” 87:103
Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri “Sabah” “Naxçıvan”a məğlub olub Lebronun ev debütündə tarixi geridönüş – NBA-da gecənin nəticələri “Sabah”dan yeni transfer
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 29 Oktyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















