Icma.az
close
up
RU
Market alışverişlərini uşaqla necə edə bilərik?

Market alışverişlərini uşaqla necə edə bilərik?

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dəfələrlə şahidi oluruq ki, uşaq alış-veriş mərkəzlərində ayağını yerə döyüb ağlaya-ağlaya valideynindən nəsə almasını istəyir, çıxmaq istəmir, nəyisə göstərir. Bu hər yaş qrupuna aiddir, əsasən körpəlikdən məktəbəqədər dövrdə, hətda bəzən 8 yaşında uşaqlarda da bu hal yaşanır. Valideynləri narahat edən bütün problemlərin real həlli mütləq var. Bəs mütəxəssislər bu haqda nə deyir? Belə olan halda valideyin nə etməli? Market alış-verişlərini uşaqla necə edə bilərik? SİA bu suallara cavab olaraq psixoloqlar Vüsalə Əmiraslanova və Aytən Ələkbərovanın fikirlərini öyrənib.

Psixoloq Vüsalə Əmiraslanova: "Market alış-verişlərini uşaqlara, ümumiyyətlə, daha erkən yaşlarından alışdırmaq məsələsi vacibdir. Erkən yaşlarında, yəni 4-5 yaşında artıq uşağa hesablamağı öyrədə bilirik, həm nəyi alıb, nəyi almamağı öyrədə bilirik. Bu şəkildə uşaqda marketdə nələr alına bilir, evə nələr lazımdır və sair kimi fikirlər formalaşır. Biz bəzən marketə gedəndə ev üçün bazarlıq edirik, amma uşağa rahat şərait yaradırıq ki, nə istəyir seçsin. Düzdür, bu onun beynində "marketdə istədiyini götürə bilər" kimi anlayış yaradır. Ona görə də, çalışmaq lazımdır ki, onunla əvvəldən müzakirə edək. Birlikdə həmin bölmələrə gedib o əşyaları axtarmaq vacibdir. Bu şəkildə də həm övladımıza alış-verişi öyrədirik, eyni zamanda da büdcəni formalaşdırırıq. Amma tam yaş olaraq 7-9 yaşlarında daha yaxşıdır. Bu yaşlarda artıq uşaqlıq dövrünü keçirik, yavaş-yavaş yeniyetməlik dövrünə yaxınlaşırıq. Onlar üçün bunu etmək uğurdur, fəxrdir deyə daha çox maraqlarına səbəb olur. Sonunda da əgər biz onları təkcə marketə göndəririksə, geri qayıdanda onları tərifləyiriksə, mükafatlandırırıqsa, bu, onlara daha çox həzz verir".

Psixoloq Aytən Ələkbərova: "Övladlarımızla alış-verişə getməkdən ötrü əvvəlcə övladımızla söhbət edərək, onun nə istədiyini müəyyənləşdirməliyik. Onun nə istədiyini müəyyənləşdirdikdən sonra isə istədiyini alıb daha sonra öz alış-verişimizi rahatlıqla edə bilərik. Çünki övladımızla söhbəti aparmadığımız və onun fikirlərini öyrənmədiyimiz zaman özümüzdə belə qıcıqlanmalar yaranır. Hövsələdən çıxırıq, cizgilərimiz dəyişir, uşağın qolundan tutub silkələməyə başlayırıq. Hətta özümüzdən asılı olmayaraq ictimaiyyət içində uşağımıza qarşı azacıq da olsa fiziki münasibətlərimizi göstərə bilirik. Ona görə də, öncədən övladlarımızın nə istədiyini müəyyən etmək, marketdən öncəki söhbət mütləq lazımdır. Yaxud da, uşaqla oturarkən əlimizdəki pulu göstərərək ona izah etməliyik ki, bu pulla ona da hədiyyə almaq istəyirik. Uşağın şüuraltında formalaşan məqam olur ki, gələcəkdə planlı şəkildə alış-veriş etməyi və pulundan müəyyən miqdarını kənara qoymağı öyrənir. Bu baxımdan da ən gözəl üsullardan biri kimi biz onlara tətbiq etmişik, tətbiq edib də müsbət nəticələr əldə etmişik. O nəticələrə əsasən bu gün rahatlıqla sizə bu intervyunu verə bilirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri