Icma.az
close
up
RU
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır

Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Son aylarda ərzaq qiymətlərində müşahidə olunan dəyişikliklər ailə büdcəsinin planlaşdırılmasını daha da vacib edib. Əvvəllər səbəti rahatlıqla dolduran alıcılar indi eyni məhsulları almaq üçün daha çox vəsait xərcləyirlər. Mütəxəssislər bildirirlər ki, qiymətlərə təsir etmək mümkün olmasa da, alış-veriş vərdişlərini dəyişməklə xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar.

 Gündəlik alış-veriş zamanı edilən kiçik dəyişikliklər ayın sonunda büdcədə nəzərəçarpacaq qənaət yarada bilər. "Yeni Sabah" marketdə alış-veriş zamanı büdcənizi qoruyacaq 7 üsulu təqdim edir:

1. Alış-veriş siyahısı hazırlayın Marqarita pizza

Marketə plansız getmək adətən ehtiyac olmayan məhsulların alınması ilə nəticələnir. Evdən çıxmazdan əvvəl lazım olan ərzaqların siyahısını hazırlamaq həm vaxta, həm də pula qənaət etməyə kömək edir. Siyahıdan kənara çıxmamaq isə impulsiv alışların qarşısını alır.

2. Ac qarına marketə getməyin

Araşdırmalar göstərir ki, ac insan marketdə daha çox məhsul almağa meylli olur. Bu zaman xüsusilə şirniyyat, qəlyanaltı və hazır qidalara əlavə pul xərclənir. Alış-verişə tox qarına getmək daha rasional seçim etməyə imkan verir.

3. Endirimə yox, qiymət etiketinə baxın

"Endirim" sözü hər zaman sərfəli alış demək deyil. Bəzən endirimli məhsulun qiyməti başqa markanın adi satış qiymətindən yüksək olur. Buna görə də məhsulun kiloqram və ya litr üzrə qiymətini müqayisə etmək daha düzgün seçim etməyə kömək edir.

4. Böyük qablaşdırmanı yalnız həqiqətən sərfəlidirsə alın

İri həcmli məhsulların hər zaman daha ucuz olduğu düşünülür. Halbuki bəzi hallarda kiçik qablaşdırmalar daha sərfəli qiymətə satılır. Alış etməzdən əvvəl məhsulun vahid qiymətini müqayisə etmək faydalıdır.

5. Mövsümi məhsullara üstünlük verin

Meyvə və tərəvəz mövsümündə həm daha təzə, həm də daha münasib qiymətə olur. Mövsümdənkənar məhsullar isə daşınma və saxlanma xərclərinə görə daha baha satılır.

6. Tanınmış brendlərlə yanaşı alternativ məhsullara da baxın

Bir çox hallarda marketlərin öz markaları və ya daha az tanınan istehsalçıların məhsulları keyfiyyət baxımından oxşar olsa da, daha münasib qiymətə təklif edilir. Tərkibini və istehsal tarixini yoxlayaraq seçim etmək əlavə qənaət yarada bilər.

7. Aylıq büdcə limiti müəyyənləşdirin

Ərzaq alış-verişi üçün əvvəlcədən aylıq və ya həftəlik məbləğ ayırmaq xərclərə nəzarəti asanlaşdırır. Büdcə limiti olduqda lazımsız alışlardan yayınmaq daha rahat olur.

Kiçik qənaətlər böyük məbləğə çevrilə bilər

Maliyyə planlaşdırılması üzrə tövsiyələrə görə, hər alış-verişdə cəmi 5-10 manat qənaət etmək belə ay ərzində onlarla manat vəsaitin ailə büdcəsində qalmasına imkan yaradır. Bu isə həm gözlənilməz xərclər üçün ehtiyat yaratmağa, həm də aylıq maliyyə yükünü azaltmağa kömək edir.

Qeyd edək ki, marketdə ağıllı alış-veriş etmək yalnız ucuz məhsul seçmək deyil, həm də planlı davranmaq, qiymətləri müqayisə etmək və həqiqətən ehtiyac olan məhsulları almaq deməkdir. Sadə görünən bu vərdişlər uzunmüddətli dövrdə ailə büdcəsinə ciddi müsbət təsir göstərə bilər.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyul 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri