Icma.az
close
up
RU
Marketin içində və çölündə

Marketin içində və çölündə

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 Bakı, 30 aprel, Abdulla Suvar, AZƏRTAC

Marketlər:

İndiki dövrdə yolu gündə ən az bir dəfə marketlərdən düşməyən kimsə tapmaq çətindir. Müasir və böyük mağazalar şəbəkəsi hər şeyi əlçatan edib. Bəzən gündəlik istehlak mallarını əldə etmək üçün onlardan birinə daxil olmaq kifayət edir. İnsaf naminə demək lazımdır ki, piştaxta və vitrinlər mal bolluğu və rəngarəng çeşidləri ilə göz oxşayır.

Şübhəsiz ki, şəbəkə marketləri ərzaq məhsullarının satışı və istehlakında mühüm rol oynayır. Çoxlu çeşiddə olan məhsulların istehlakçılara çatdırılmasında, ərzaq bolluğu yaradılmasında və eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində həmin marketlərin xüsusi yeri var. Satışa çıxarılan məhsulun tərkibi, son istifadə tarixi, saxlanma şəraiti və digər vacib məlumatların müştərilərə təqdim edilməsi çox vacib məsələdir. Bu, müştərilərin düzgün seçimi və seçdiyi ərzaqlardan təhlükəsiz istifadə etməsində əhəmiyyətli rol oynayır. Həmin məlumatların dəqiq və düzgün olması istehlakçılara etibar qazandıraraq marketlərin müştəri məmnuniyyətini artırmasına kömək edir.

Onu da qeyd etməyə dəyər ki, şəbəkə marketləri ölkə iqtisadiyyatına və sosial sektorlara, eləcə də məşğulluğun təmin olunmasına töhfə verir, bununla yanaşı vergi gəlirlərinin, məcburi sosial yığımların, tibbi sığorta portfelinin, işsizlikdən sığorta fondunun büdcələrinin böyüməsində mühüm rol oynayır. İri market şəbəkələri ilə işləyən sahibkarlar da öz maliyyə nizam-intizamını artırmalı olurlar. Bu isə büdcəyə vergi daxilolmalarını artması ilə nəticələnir.

Marketin içində: Qida zəhərlənməsinin baş verməməsi üçün

Ərzaq təhlükəsizliyi yalnız istehlakçının sağlamlığını qorumağa deyil, həm də iqtisadiyyatın möhkəmlənməsinə və dövlətin ümumi rifahına xidmət edir. Bu mənada qida məhsullarının təhlükəsizliyi ilə bağlı hər hansı problem yalnız istehlakçının sağlamlığına deyil, həm də iqtisadiyyatın ümumi vəziyyətinə mənfi təsir göstərir.

Son günlər xəbər saytlarında kütləvi zəhərlənmə hallarına heç də az rast gəlmirik. Belə hallarla üzləşməmək üçün nələrə diqqət yetirilməlidir?

İlk növbədə şəbəkə marketləri istehlakçılara sağlam həyat tərzini təşviq etmək üçün müxtəlif təşəbbüslər irəli sürməlidir. Məsələn, orqanik və təhlükəsiz qida seçimləri, sertifikatlı məhsulların təbliğ edilməsi. Eləcə də müştərilərə qida təhlükəsizliyi və sağlamlıq mövzusunda maarifləndirici kampaniyaların aparılması da bu sahədə müsbət rol oynaya bilər.

Ərzaq zəhərlənmələri, xüsusən məhsulların düzgün saxlanılmaması nəticəsində baş verir. Buna görə də ərzaq təhlükəsizliyi qida zəncirinin bütün mərhələlərində nəzarət və yoxlamalar tələb edir. Şəbəkə marketləri keyfiyyətli və təhlükəsiz məhsullar təklif etmək üçün istehsalçılardan və tədarükçülərdən alınan malları mütəmadi olaraq yoxlanılmalı, həmin yoxlamalar laboratoriya testləri, mikrobioloji analizlər və təhlükəsizlik sertifikatları vasitəsilə həyata keçirilməli və ərzaq məhsullarının tərkibi, etiketi və saxlanılma şərtləri nəzarət altında olmalıdır.

Şəbəkə marketləri, məhsulların təhlükəsizliyini təmin etmək üçün uyğun sertifikatlara malik olmasını tələb edirlər. Həmin sertifikatlar, ərzaq məhsullarının müəyyən bir standartlara uyğun olduğunu və istehlakçıların sağlamlığını təhdid etmədiyini göstərir. HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) və ISO kimi beynəlxalq təhlükəsizlik standartları, şəbəkə marketlərində təhlükəsiz ərzaq satışı üçün əsas təşkil edir.

Nəzərə almaq lazımdır ki, ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyəti bir-birini tamamlayan vacib amillərdir. Müştərilər yalnız təhlükəsiz və sağlam ərzaq məhsulları aldıqları zaman məmnun olurlar. Ərzaq təhlükəsizliyi qaydalarına ciddi riayət edən şəbəkə marketləri, müştərilərə etibar qazandırır və onların təkrarlanan alışlarını təmin edir. Bu da marketin bazardakı rəqabət üstünlüyünü artırır.

Marketdən kənar: dünya

Ərzaq təhlükəsizliyi - sağlamlıq üçün təhlükə yaratmayan, keyfiyyətli və etibarlı ərzaq məhsullarının istehsalı, saxlanılması və satılması deməkdir. Dünya üzrə qida mənşəli xəstəliklərə yoluxma və zəhərlənmə hallarında artım qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının 2024-cü il üçün hesabatına əsasən, hər il 600 milyon nəfər, yəni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Hər il qida məhsullarından zəhərlənənlərin 420 min nəfəri həyatını itirir və bunun 125 minini və ya 30 faizini beş yaşınadək uşaqlar təşkil edir.

Beləliklə, qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə səbəb olur. Bu baxımdan, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, genofondun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahədir.

Qida məhsulları istehlakçılarını bütün mövcud və potensial risklər barədə obyektiv, müstəqil və elmi cəhətdən əsaslandırılmış şəkildə məlumatlandırmaq məqsədilə 2002-ci ildə Avropa İttifaqında qida və yem təhlükəsizliyi ilə əlaqədar risklərin qiymətləndirilməsini həyata keçirən əsas qurum - Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) təsis edilib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin olunmasında kompleks yanaşmanın tətbiqi məqsədilə qida təhlükəsizliyinə nəzarət sistemlərinin əsas hədəflərini hazır məhsulun yoxlanılmasına deyil, qida zəncirinin bütün mərhələlərinə, yəni ilkin istehsal, emal, dövriyyə və utilizasiya proseslərinə nəzarətin həyata keçirilməsini tövsiyə edir.

Qida təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə elmə əsaslanan risklərin təhlili əsas yanaşma kimi irəli sürülür. Risklərin qiymətləndirilməsi insan sağlamlığı və həyatı üçün təhlükə ehtimalının və onun ciddiliyinin müəyyən edilməsində vacib amildir. Bu sahədə beynəlxalq təşkilatların və müvafiq konvensiyaların rolu böyükdür. FAO, ÜST, Kodeks Alimentarius Komissiyası, “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiya, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı milli qida təhlükəsizliyi orqanları ilə əməkdaşlıq edir, qida təhlükəsizliyi proqramlarının beynəlxalq səviyyədə qəbul edilmiş qərar və tövsiyələrə, habelə beynəlxalq qida standartlarına uyğunlaşdırılmasında onlara kömək göstərirlər.

Marketə aparan yol: Azərbaycanda qida təhlükəsizliyi

Ölkəmizdə ərzaq təhlükəsizliyi sahəsində davamlılığı və dayanıqlılığı təmin etmək üçün ardıcıl olaraq kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası üçün 12 əsas istiqamət üzrə qarşılıqlı əlaqəli tədbirlər müəyyənləşdirilib. Proqramda deyilir: "Ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir. Ona görə də bu hüququn təmin edilməsi Azərbaycan Respublikasının Hökumətinin mühüm vəzifələrindən sayılır".

İndiyədək ölkədə ərzaq təminatı ilə əlaqədar ölkə başçısının sərəncamları ilə 2001–2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”, “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilib, həmin islahatların davamı olaraq məqsədli proqramlar, konsepsiyalar və digər sənədlər qəbul olunub.

Ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı artırmaq, məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Eyni zamanda, agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu fəaliyyət göstərir.

Son illərin statistikası göstərir ki, Azərbaycan hazırda ərzaq məhsullarına olan tələbatın təxminən 80 faizə qədərini yerli məhsullar hesabına ödənilməsinə nail ola bilib. Sözsüz ki, ərzaq təhlükəsizliyi və ərzaq təminatı baxımından yerli istehsalın gücləndirilməsi və istehsal sahələrinin yaradılması çox vacibdir. Dövlət proqramına uyğun olaraq hazırda ölkəmizdə bu istiqamətdə ciddi, ardıcıl və məqsədyönlü işlər aparılmaqdadır.

Böyük marketlər şəbəkəsi: “Veysəloğlu” Şirkətlər Qrupu

Adətən marketə girən müştəri malın digər komponentləri ilə yanaşı, həm də onun üzərindəki istehsalçı şirkətə baxıb alıb-almamaq barədə qərar verir. Son illər istehlakçı etimadı qazanmış “Veysəloğlu” Şirkətlər Qrupunun adını məhsulun etiketi üzərində oxumaq müştəridə onu almaq üçün tərəddüd yaratmır.

Biznes fəaliyyətinə 1992-ci ildən başlayan bu şirkət hazırda dünyanın bir çox tanınmış markalarının 4025 çeşiddən çox məhsulunu ölkə üzrə distribusiyasını həyata keçirir və qida məhsullarının topdan və pərakəndə satışı üzrə ölkədə aparıcı mövqeyə malikdir. “Veysəloğlu” Şirkətlər Qrupu ölkəmizin qeyri-neft sektorunda iqtisadiyyata əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindəndir. Son dövrlərdə şirkət tərəfindən hər il 2 minə yaxın yeni iş yeri yaradılır ki, bu da uğurlu göstəricilərindəndir.

Hazırda "Veysəloğlu" şirkətinin ölkəmizin bir sıra iri şəhərlərində regional logistika mərkəzi mövcuddur. Təkcə Məhəmmədi Logistika Mərkəzi hər gün 64 min kilometr yol qət edilərək Azərbaycanın 4500 nöqtəsində müştərilərə mal çatdırır. Şirkətlər qrupunun Azərbaycan və Gürcüstanın bir çox bölgələrində xidmət göstərən çox sayda ofisləri 24 saat ərzində müştərilərə vaxtında çatdırılmanı təmin edir. Ölkə üzrə 1600 saydan çox pərakəndə satış nöqtəsi ilə əhaliyə xidmət göstərən şirkətlər qrupu şəbəkə marketçilik sahəsində ölkə üzrə qabaqcıl mövqeyə malikdir.

Vətən müharibəsində “Veysəloğlu” Şirkətlər Qrupunun 637 əməkdaşı iştirak edib. Şirkətin 13 əməkdaşı şəhidlik zirvəsinə ucalıb və şirkət onların ailəsini himayəyə götürüb. Hazırda şirkətdə 600-dən çox Vətən müharibəsi qazisi çalışır. Şirkətlər qrupu korporativ sosial məsuliyyət layihələri çərçivəsində şəhid ailələri və qazilərə həssaslıqla yanaşır və bu sahədə çoxsaylı layihələr həyata keçirir.

Bu gün ölkəmizin qeyri-neft sektorunda pərakəndə, topdansatış, distribusiya, logistika, istehsalat sahələrində minlərlə əməkdaşı olan şirkət çalışır. Onun istehsal etdiyi, bölüşdürdüyü, ticarət şəbəkələrinə çatdırdığı məhsulların hər evdə, hər mənzildə, hər ünvanda və hər süfrədə yeri var...

Yazı “Veysəloğlu” Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri