Icma.az
close
up
RU
Marketinqin “sevgi romanı” ABBAS HÜSEYN YAZIR

Marketinqin “sevgi romanı” ABBAS HÜSEYN YAZIR

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son vaxtlar marketinq tədbirlərinə baxıram və eyni səhnəni görürəm. Fərqli adlar, fərqli simalar, amma eyni cümlələr. Sanki hər kəs “marketinq sevdirməkdir” şüarının ətrafında fırlanır. Bəlkə də payızın gəlişindəndir. Lakin çox az insan bu sevginin özünü yaradır.

Mövzular dəyişmir, sadəcə spiker və təqdimatları dəyişir. Nəticədə isə “marketinq” ideyası tamaşaçıya hiss kimi yox, məhsul kimi satılır. Halbuki marketinqin ruhu satmaqda deyil, insanı dəyərə inandırmaqda, hiss etdirməkdə, fərq yaratmaqdadır. Deyə bilərsiniz ki, ikisi də eyni şeydir də. Əsla!

Sevgi – emosional bağdır. Sevgi bir insanı, bir işi, bir markanı şərtsiz şəkildə sevmək, onunla duyğu əlaqəsi qurmaqdır. Sevgi bəzən dəyəri görmədən də yaranır. Yəni, biz bəzən bir şeyi “nəyə görə” yox, “nə hiss etdiyimizə görə” sevirik. Məsələn, bir brendi “sadəcə sevirik”, halbuki bazarda daha ucuz və funksional alternativlər var.

Dəyər – rasionallıq və ölçüdür. Dəyər isə ağıl və məntiqə söykənir. Bir şeyin bizim üçün nə qədər önəmli və faydalı olduğunu ifadə edir. Dəyər sevilmək üçün deyil, tanınmaq və qəbul edilmək üçün yaranır.

Bəs ziddlik harada yaranır? Ziddlik o zaman yaranır ki, sevgi var, amma dəyər yoxdur. Yəni, kimisə və ya nəyisə çox sevirik, amma o, bizə dəyər vermir. Dəyər varsa, amma sevgi yoxdur. Yəni biri bizi çox qiymətləndirir, amma biz ona qarşı duyğu hiss etmirik. Bu, həm münasibətlərdə, həm də markalarda olur. Məsələn, müştəri markanı sevir, amma marka onu, sadəcə “satış nömrəsi” kimi görür və o zaman sevgi tükənir.

Əsl harmoniya o zaman yaranır ki, sevgi və dəyər bir-birini tamamlayır.
Sevgi – əlaqəni yaradır.
Dəyər – əlaqəni qoruyur.
Yəni, sevgi başlanğıcdır, dəyər isə ona davamlılıq verir.

Abbas Hüseyn

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Oktyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri