Icma.az
close
up
RU
Marketlərdə satılan bu məhsulları almayın

Marketlərdə satılan bu məhsulları almayın

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzən marketlərdə üzərində heç bir etiket və ya məlumat olmayan qida məhsullarına rast gəlirik. Məsələn, bəzi kolbasa və ya ət məhsullarında istehsal və son istifadə tarixi, tərkib və mənşə kimi vacib məlumatlar qeyd olunmur. Bu cür halların artması həm istehlakçıların sağlamlığı, həm də qida təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, ölkənin əmtəə bazarında satışa çıxarılan bütün qida məhsulları etiketləşdirilməlidir:

“Etiketlərin üzərində buraxılma tarixi, son istifadə müddəti, istehsalçı müəssisənin adı və digər zəruri məlumatlar qeyd olunmalıdır. Bu qayda ət və pendir kimi məhsullara da şamil edilir. Əslində belə məhsullar yalnız bu qərara uyğun şəkildə satışa qəbul edilməlidir. Böyük marketlərdə və marketlər şəbəkələrində bu məsələnin həlli qismən təmin olunub. Lakin kiçik marketlərdə və meyvə-tərəvəz satılan yerlərdə vəziyyət fərqlidir. Kartof, soğan, göyərti kimi məhsullar qablaşdırılmalı və üzərlərində müvafiq etiketlər olmalıdır. Bu sahədəki boşluqlar istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Xüsusilə bazarlarda bu problem daha geniş yayılıb - məhsullar açıq və nəzarətsiz şəkildə satılır”.

E.Hüseynov qeyd edib ki, bu cür halların nəticəsi olaraq əhali köhnə və yararsız məhsullarla qidalanmaq riski ilə üz-üzə qalır:

“Bu isə öz növbəsində sağlamlıq problemlərinə, həkim qəbulunda növbələrin artmasına, apteklərin yüklənməsinə və digər mənfi hallara yol açır. Hökumət bu məsələyə ciddi yanaşmalı və müvafiq nəzarət tədbirlərini gücləndirməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 May 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri