Icma.az
close
up
RU
Marketlərdə bu məhsulları almayın

Marketlərdə bu məhsulları almayın

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Alıcıları maraqlandıran məsələlərdən biri də marketlərdə məhsulların son istifadə müddətindən neçə gün əvvəl vitrinlərdən yığışdırılmasıdır. Bəzən son istifadə tarixinə bir gün qalmış məhsullar diqqətsizlik ucbatından alınır, bu isə sağlamlıq baxımından riskli hallara yol aça bilir. Bəs məhsullar son istifadə müddətindən neçə gün əvvəl vitrinlərdən yığılmalıdır?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, yeyinti məhsulları son yararlılıq gününə qədər marketlərdə satıla bilər:

“Məsələn, 31 may tarixli bir məhsul həmin günün sonuna qədər satışda qala bilər. İstehlakçılar da məhsul alarkən neçə gün saxlayacaqlarını və həmin müddətdə məhsulun yararlılıq tarixinin keçib-keçmədiyini nəzərə almalıdırlar. Çünki qanunlara əsasən, yararlılıq müddəti keçmiş məhsulun satışı qadağandır və marketlər buna əməl etməyə çalışırlar. İstehlakçılar diqqətli olub məhsulun yararlılıq müddətini yoxlamalıdırlar ki, evdə saxlayıb müddət bitdikdən sonra istifadə edərkən sağlamlıqlarına zərər verməsinlər. Əks halda, zəhərlənmə və digər problemlər baş verə bilər. Ümumiyyətlə, istehlakçıların yararlılıq müddətinə az qalmış məhsulları almaması daha məqsədəuyğundur”.

E.Hüseynov dünya ölkələrinin bu sahədəki təcrübəsindən də bəhs edib:

“Mərkəzi Avropa ölkələrində mağazalar məhsulun yararlılıq müddətinə 10 gün qalmış onu endirimlə satırlar. Azərbaycanda vəziyyət bəzi Avropa ölkələrindən, hətta Amerikadan və o cümlədən Yaponiyadan daha yaxşıdır. Azərbaycanda hər bir məhsulun üzərində iki tarix qeyd olunur: buraxılma tarixi və son yararlılıq tarixi. Halbuki həmin ölkələrdə yalnız son yararlılıq tarixi göstərilir. O ölkələrin vətəndaşları təzə mal almaq şansından məhrumdurlar. Mən həmişə beynəlxalq qurumlarda onları tənqid edirəm ki, sizin istehlakçılar aldıqları məhsulun nə vaxt buraxıldığı bilmirlər”.

AİB sədri qeyd edib ki, Azərbaycan qanunvericiliyində hər iki tarixin göstərilməsi çox yaxşı bir üstünlükdür. Bu, istehlakçıların məhsulu neçə gün saxlayacaqlarını bilməsinə kömək edir.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 31 May 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri