Icma.az
close
up
RU
Marketlərdən alınan qidalardan zəhərlənənlərin sayı niyə artıb? EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Marketlərdən alınan qidalardan zəhərlənənlərin sayı niyə artıb? EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Yay aylarında havaların temperaturu yüksəldikcə bir çox qida məhsulları daha tez xarab olmağa başlayır. Xüsusilə heyvan mənşəli məhsullar, süd və süd məhsulları, ət və balıq kimi zülal tərkibli qidalar isti şəraitdə bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Soyuq zəncirin qırılması, düzgün saxlanılmayan və ya gigiyena qaydalarına əməl olunmadan hazırlanan məhsullar zəhərlənmə riskini artırır.

Bəs yayda qida zəhərlənmələrinin artmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssis Məhsəti Hüseynova Avtosfer.az-a açıqlmasında bildirib ki, yüksək risk qrupuna aid olan qidalar var ki, bu qidalar xüsusilə temperatur rejimi yuxarı olan zamanlarda daha tez xarab olmağa meyillidir və onların tərkibində mikroorqanizmlər, xüsusilə bakteriya, virus kimi asanlıqla çoxala bildiyi üçün zəhərlənmə riski yaradır:

“Ona görə bir çox qidalar var ki, bu qidaları istər çiy şəkildə, istər bişirilmiş şəkildə saxlayarkən mütləq şəkildə soyuq zəncirə diqqət etmək lazımdır.
Xüsusilə heyvan mənşəli qidalar daha çox zülal tərkibli olduğuna görə onlar daha tez xarab olmağa meyillidir. Birinci yerdə hər zaman ət və ət məhsulları gəlir. Burada artıq istər çiy ət məhsulu, istər bişmiş ət, bu məhsullar hər zaman tez xarab olmağa meyillidir. Ona görə yaxşı olar ki, bu məhsulların düzgün şəkildə mühafizə olunması təmin olunsun. Bişirərkən də istehlak olunacaq qədər bişirilməlidir.

Hazırlayarkən çiy məhsulla təmasda olan doğrama lövhələri, eləcə də bıçaqlar təmiz olmalıdır və bişirmədən sonra da sanitar və gigiyena qaydalarına əməl olunmalıdır.
Digər məhsul süd və süd məhsullarıdır ki, bunlar da daha tez xarab olmağa meyilli olduğuna görə yaxşı olar ki, mənşəyi bəlli olan yerdən alınsın. Əgər keyfiyyətli, təbii məhsuldursa və konservantsızdırsa, bu zaman daha tez xarab olmaması üçün təzə, yeni olanı istehlak etmək və soyuducuda saxlanılmasına diqqət etmək lazımdır.
Balıq və dəniz məhsulları da hər zaman risk qrupundadır. Bunları da mütləq şəkildə qəbul edərkən, alarkən diqqətli olmaq lazımdır”.

Mütəxəssis əlavə olaraq qeyd edib ki, yumurta, həmçinin bişmiş yumurta və yumurtalı souslar, mayonezlər, bəzən də ev şəraitində hazırlanan şirniyyatlardakı kremlər və ya hər hansı bir çiy qida kimi istifadə olunan mallarda da məhsulun təzə olmasına, soyuq temperaturda saxlanmasına diqqət yetirilməlidir. Çünki bu məhsullar da tez xarab olmağa meyillidir:


“Mövsümünə uyğun olmayan meyvə-tərəvəzləri alarkən, saxlayarkən diqqət etmək lazımdır. Çünki mövsümündə yetişmədiyinə görə onların yetişməsində istifadə olunan istilik, kimyəvi maddələr, gübrələr, hormonlar var ki, bunlar bir çox insanlarda – xüsusilə azyaşlılarda, yaşlılarda, xroniki xəstəliyi olan insanlarda, hamilə qadınlarda, immun sistemi zəif olan şəxslərdə riskli qidalar sırasındadır. Bu səbəbdən həmin insanlara bu məhsulları istifadə etmək tövsiyə olunmur.

Çox hallarda da yerli və mövsümi meyvə-tərəvəzlər yuyulmadan qəbul olunur və yuyulmamış halda bəzən kəsilir. Tutaq ki, qabığı yeyilməyən məhsuldursa, qabığından içərisinə nüfuz edən mikroorqanizmlər belə, bəzi meyvələrdə, salatlarda, sonda izgilərdə (əlavə) istifadə olunduqda daha tez zəhərlənməyə səbəb ola bilər.
Mütləq şəkildə hər bir məhsulu alarkən mənşəyi bəlli olan yerdən almaq lazımdır. Heç də hər zaman keyfiyyətsiz məhsul zəhərlənməyə səbəb olmur. Keyfiyyətli məhsul da düzgün şəkildə saxlanmadıqda asanlıqla bakteriyaların yığılmasına səbəb ola bilir”.

Məhsəti Hüseynova sonda qeyd edib ki, yaxşı olar ki, qış mövsümündə hər hansı bir yeməyi otaq temperaturunda 2 saata qədər saxlamaq mümkün idisə, yayda isə bu müddət yarım saata qədər azalır:


“Hətta mümkünsə, daha da az vaxtda artıq soyuducuda saxlanılması təmin olunmalıdır. Məhsulları yığdığımız qablar da onun tərkibinin dəyişməsinə səbəb ola bilər. Məhsulları saxlamaq üçün emal olunmuş, əsasən də şüşə qablardan istifadə olunması daha tövsiyə olunandır”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 İyul 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see282

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see243

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see226

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see191

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see139

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see137

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see137

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see135

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see125

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri