Marko Yankoviç və Mateus Silva cəzalandırılıb? “Qarabağ”dan ə AÇIQLAMA
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Marko Yankoviç və Mateus Silvanı komandadan uzaqlaşdırdığı bildirilir.
Buna səbəb Misli Premyer Liqasının 10-cu turunda yaşanan hadisədir.
Belə ki, monteneqrolu yarımmüdafiəçi ilə braziliyalı müdafiəçi “Qəbələ” ilə görüşün (0:0) ilk hissəsində mübahisə ediblər. Komanda yoldaşları onların arasında yaranan söz mübahisəsinin qarşısını alıblar. Qurban Qurbanov isə hər iki futbolçunu fasilədə əvəzləyib.
Ağdam təmsilçisinin mətbuat xidmətindən İdman.Biz-ə bildirilib ki, Mateus Silva və Marko Yankoviçin əsas komandadan uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Futbolçuların cəzalandırılması ilə bağlı klubdaxili intizam qaydalarına uyğun olaraq müvafiq tədbirlər görülür. Bununla belə, klubdaxili intizam məsələlərinin detalları barədə ictimaiyyətə əlavə məlumat verməyi məqsədəuyğun hesab etmirik", - deyə açıqlamada qeyd olunur.
Qeyd edək ki, “Qarabağ” - “Turan Tovuz” qarşılaşması bu gün “Azersun Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.
19 xala malik “Qarabağ” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 18 xalı olan “Turan Tovuz” isə dördüncü sırada yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 06 Noyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















