Mars haqqında yeni elmi məlumatlar əldə edilib
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Marsın yamaclarında müşahidə olunan sirli və qaranlıq zolaqların quruluşu alimlərin diqqətini cəlb edib. Aparılan araşdırmalar bu zolaqların əsasən quru mənşəli olduğunu göstərir.
Reyting.az xəbər verir ki, bu barədə astrofizik Valentin Tertsius Bikel məlumat verib.
Xatırladaq ki, Avropa Kosmik Agentliyinə məxsus “ExoMars Trace Gas Orbiter” aparatı 2023-cü ilin 24 dekabrında Marsın səthində, “Apolon Dağı yamacı” adlanan ərazidə toz sürüşmələrini qeydə almışdı. “CaSSIS” kamerası vasitəsilə çəkilmiş görüntülərdə yeni yaranmış qaranlıq zolaqlar və kiçik kraterlər aydın görünür.

Astrofizik Tertsiusun sözlərinə görə, bu strukturların formalaşmasında əsas rolu toz, külək və qum prosesləri oynayır. Meteorit zərbələri və seysmik hadisələr isə yalnız lokal təsir göstərir.
Qeyd edək ki, aparılan tədqiqatlar nəticəsində Mars planetinin iqlimini formalaşdıran dinamik proseslər və “Qırmızı planet”in qaralması ilə bağlı yeni elmi məlumatlar əldə edilib. Bütün bu məlumatların yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı bildirilir.

Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:Neandertal qadınlar haqqında elmi məlumatlar ƏTRAFLI KONKRET
08 Oktyabr 2026 10:21
“Şlyapa Qalaktikası” barədə yeni məlumatlar əldə edildi
27 Noyabr 2024 21:44
Mərakeşdən alınmış meteoritdən Mars planetinə dair qiymətli məlumat əldə olunub
04 May 2025 05:14
Mars meteoritində sensasiya: Saxarada tapılan qalıq qırmızı planet haqqında elmi fərziyyələri alt üst etdi
19 İyun 2026 12:34
Baxış sayı:391
Bu xəbər 13 Noyabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















