Icma.az
close
up
RU
Mars mantiyasında qədim toqquşmaların izləri aşkarlandı

Mars mantiyasında qədim toqquşmaların izləri aşkarlandı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

NASA-nın InSight missiyasından əldə olunan məlumatlar Marsın dərin qatlarında maraqlı kəşfə səbəb olub. Alimlər müəyyən ediblər ki, planetin mantiyası qədim asteroidlərin qalıqları ilə doludur. Tektonik plitələrin olmaması isə bu parçaların milyardlarla il salamat qalmasına şərait yaradıb.

Tədqiqat göstərir ki, Marsın dərinliklərində diametri 4 kilometrədək olan nəhəng daş parçaları yatır. Onlar 4,5 milyard il əvvəl Günəş sisteminin erkən dövrlərində baş verən fəlakətli toqquşmaların izləridir. Həmin vaxt nəhəng asteroidlər və protoplanetlər Marsı bombardman edir, qabığı və mantiyanı əridir, maqma okeanları əmələ gətirirdi. Bu proses nəticəsində asteroidlərin qalıqları planetin dərinliklərində “möhürlənib”.

Kəşf London İmperial Kollecinin alimləri və onların amerikalı həmkarlarının birgə araşdırması sayəsində mümkün olub. Mütəxəssislər InSight aparatının seysmometrindən əldə edilən məlumatları təhlil ediblər. Qurğu 2018–2022-ci illərdə fəaliyyət göstərərək 1319 mars zəlzələsini qeydə alıb. Bu göstəricilər sayəsində ilk dəfə olaraq Qırmızı planetin qabığının, mantiyasının və nüvəsinin quruluşu dəqiq öyrənilib.

Seysmik dalğaların davranışı göstərib ki, mantiyada müəyyən zonalarda siqnalların sürəti yavaşıyır. Kompüter modelləri isə bu fərqin səbəbinin məhz yad süxur parçaları olduğunu sübut edib.

Mütəxəssislərin fikrincə, Yer üzündə belə izlər çoxdan itib, çünki tektonik plitələr planetin daxili qatlarını daim qarışdırır. Marsda isə bu proses demək olar ki, dayanıb. Məhz buna görə də qədim daşlar günümüzə qədər qorunaraq alimlərə planetlərin formalaşdığı dövrə işıq salmaq imkanı verir.

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri