Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Marsa ilk bileti İlon Mask deyil, onun keçmiş rəqibi ala bilər

Marsa ilk bileti İlon Mask deyil, onun keçmiş rəqibi ala bilər

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Keçmiş "Google” baş direktoru Erik Şmidtin ötən il nəzarət paketini aldığı "Relativity Space” şirkəti Mars yarışında "SpaceX”i qabaqlaya bilər. NASA Mars atmosferinin öyrənilməsi üçün nəzərdə tutulan elmi avadanlıqların kosmosa daşınması və Qırmızı Planetə çatdırılması məqsədilə şirkətlə müqavilə imzalayıb.

Qaynarinfo xəbər verir ki, NASA daha əvvəl də bu tip əməkdaşlıqları "SpaceX” və "Firefly Aerospace” kimi şirkətlərlə həyata keçirib. Dövlət qurumu elmi hissəyə cavabdeh olduğu halda, özəl şirkətlər daha sərfəli daşıma infrastrukturu təmin edirlər.

"Aeolus” adlanan missiya Mars orbitindən planetin toz səviyyəsini, küləklərini və temperaturunu ölçəcək dörd müxtəlif elmi cihaz daşıyacaq.

NASA əldə olunacaq məlumatlar əsasında gələcəkdə Marsa enəcək kosmik aparat və astronavtlar üçün daha təhlükəsiz marşrutlar müəyyən etməyi planlaşdırır.

Müqaviləyə əsasən missiyanın 2028-ci ildə başlaması nəzərdə tutulur. Bu isə "Relativity Space” üçün olduqca sıx qrafik deməkdir. Şirkət həm elmi cihazları daşıyacaq kosmik aparatı hazırlamalı, həm də onu orbitə çıxaracaq raketi tamamlamalıdır.

NASA müqavilənin maliyyə dəyərini açıqlamayıb. "Relativity Space” isə bununla bağlı suallara cavab verməyib.

Bu əməkdaşlıq modelində NASA ilə işləyən şirkətlər layihələrin hazırlanması xərclərinin bir hissəsini öz üzərlərinə götürürlər. Bunun sayəsində agentlik büdcə yükünü azaldır və maliyyə risklərini özəl sektorla bölüşür.

Lakin NASA müəyyən risk də daşıyır. "Relativity Space” hələ özünü tam sübut etmiş şirkət hesab olunmur. Agentliyin keçmişdə əməkdaşlıq etdiyi bəzi startaplar iflas edib, digərlərinin göndərdiyi aparatların bir hissəsi isə Ay səthinə uğursuz eniş edib.

Bununla yanaşı, "Relativity Space” yalnız elmi missiyalarla kifayətlənmək istəmir. Şirkət peyklərin orbitə çıxarılması və Aya yük daşınması kimi kommersiya bazarlarında da fəaliyyət göstərməyi planlaşdırır.

"Relativity Space” 2015-ci ildə "SpaceX” və "Blue Origin” şirkətlərinin iki keçmiş mühəndisi tərəfindən yaradılıb. Məqsəd 3D çap texnologiyasından istifadə etməklə daha ucuz raketlər istehsal etmək idi.

Şirkətin ilk raketi olan "Terran 1” 2023-cü ilin mart ayında keçirilən ilk sınaq uçuşu zamanı havada partlayıb. Buna baxmayaraq, şirkət fəaliyyətini davam etdirərək daha böyük "Terran R” raketi üzərində işləməyə başlayıb.

Maliyyə çətinlikləri yarandıqdan sonra Erik Şmidt layihəyə sərmayə qoyaraq şirkətin nəzarət paketini əldə edib və baş direktor vəzifəsini üzərinə götürüb.

Şmidt bu investisiya barədə çox danışmasa da, onun kosmosda məlumat mərkəzləri yaratmaq və öz xeyriyyə fondu üçün kosmik teleskop buraxmaq planları olduğu məlumdur.

Ceff Bezosun "Blue Origin” şirkətində yaşanan gecikmələr bazarda ağır yükdaşıyan raket çatışmazlığı yaradıb. Əgər "Terran R” uğurla fəaliyyətə başlasa, Erik Şmidt bu sərmayədən böyük gəlir əldə edə bilər.

Bundan əlavə, bu müqavilə süni intellekt təhlükəsizliyi mövzusunda tez-tez mübahisə etdiyi İlon Maska qarşı Şmidtə mühüm üstünlük qazandıra bilər.

İlon Mask illərdir Marsa insan göndərilməsi ideyasını müdafiə etsə də, "SpaceX” hələlik Marsa müstəqil şəkildə heç bir aparat göndərməyib. Əgər "Aeolus” missiyası planlaşdırıldığı kimi həyata keçirilsə, Marsa çatan ilk özəl missiya titulunu Erik Şmidtin şirkəti qazana bilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 İyun 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri