Icma.az
close
up
RU
Marseldə qətlə yetirilən İşem Mirauinin xatirəsinə səssiz yürüş keçirilib

Marseldə qətlə yetirilən İşem Mirauinin xatirəsinə səssiz yürüş keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 9 iyun, AZƏRTAC

Fransanın şəhəri Marseldə irqçi qonşusu tərəfindən öldürülmüş mənşəcə tunisli İşem Mirauinin xatirəsinə yüzlərlə insan səssiz yürüş keçirib.

AZƏRTAC xəbər verir ki, yürüş İşem Mirauinin ailəsi və onun vəkili Sefen Gezin iştirakı ilə baş tutub. Yürüşdə İ.Mirauinin ailəsi və yaxınları “İşem üçün ədalət” yazılmış köynəklər və “İrqçilik yenidən öldürdü, İşem üçün ədalət!” yazılmış pankartlar nümayiş etdiriblər.

“Biz öldürən irqçilik qarşısında respublikaçıları oyanışa çağırırıq. İnanıram ki, buna görə hökumətin ən yüksək rəsmiləri də daxil olmaqla, hər kəs məsuliyyət daşıyır”, - deyə ailənin vəkili S.Gez vurğulayıb. O bildirib ki, daxili işlər naziri “rədd olsun baş örtüyü” deyəndə belə qırğınlar da olacaq. Onun sözlərinə görə, miqrasiyadan danışanda əcnəbilər arzuolunmaz, rədd edilməli kimi təqdim olunur. Həmçinin o da qeyd edilib ki, İ.Mirauinin qatili məhz elə ideoloji cəhətdən silahlanmışdı.

İ.Mirauinin qatili 53 yaşlı Kristof B. bu qətl hadisəsindən əvvəl və sonra irqçi ideologiyasını qəbul etdiyini göstərən, ultra sağçı Main Lö Peni təriflədiyi, fransızları açıq şəkildə müsəlmanlara, o cümlədən afrikalılara qarşı ayılmağa və ölkəni onlardan təmizləməyə çağırış edən videolar yayımlayıb. Fransa bayrağına sədaqət andı içdiyini iddia edən Kristof sosial şəbəkə hesabında odlu silahların fotolarını da yerləşdirib.

Tunisin daxili işlər naziri Xalid Nuri fransalı həmkarı Brüno Rötayo ilə danışaraq, qətlə görə narazılığını bildirib. Fransanı bu cür hərəkətlərin qarşısını almaq üçün proaktiv yanaşma qəbul etməyə çağırıb.

Xatırladaq ki, mayın 31-də tunisli 35 yaşlı bərbər İşem Miraui qonşusu, atıcı olan Kristof B. tərəfindən 5 güllə yarası ilə qətlə yetirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri