Icma.az
close
up
RU
Marsol Groupun təşkilatçılığı ilə keçirilən görüşlər dövlət biznes dialoqunun daha da genişləndiyini göstərir Deputat

Marsol Groupun təşkilatçılığı ilə keçirilən görüşlər dövlət biznes dialoqunun daha da genişləndiyini göstərir Deputat

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olan mebel sənayesi son illər həm yerli istehsalın artması, həm də ixrac potensialının genişlənməsi baxımından xüsusi diqqət mərkəzindədir. Sektorun inkişafı təkcə iqtisadi göstəricilərlə məhdudlaşmır – o, məşğulluğun artırılması, sahibkarlıq mühitinin təkmilləşdirilməsi və yeni biznes əməkdaşlıqlarının qurulması üçün də önəmli platformadır. Bu fonda keçirilən sektorial görüşlər dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, institusional dəstəyin səmərəli çatdırılması və sənayenin gələcək inkişaf xəttinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlama verib:

"Real sektorun dəstəklənməsi və biznesin inkişafı müasir yanaşma tələb edir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş adamları, dövlət qurumları və ictimai təşkilatların bir araya gələrək müxtəlif məsələləri müzakirə etməsi real sektorun inkişafı üçün mühüm imkanlar yaradır. Belə platformalar həm dialoq, həm də əməkdaşlıq mühiti formalaşdırır. Artıq Azərbaycanda da bu cür müzakirələr təşəbbüslər səviyyəsindən çıxaraq praktiki əməkdaşlıq müstəvisinə keçməkdədir. Fərqli sektorlar üzrə ixtisaslaşmış şirkətlərin "Marsol” Group-un təşkilatçılığı ilə keçirilən görüşlərdə dövlət qurumlarının nümayəndələrinin iştirak etməsi, dövlət–biznes dialoqunun daha da genişləndiyini göstərir".

Deputat həmçinin bildirib:

 "Bu prosesdə ictimai təşkilatların körpü rolu oynaması xüsusilə önəmlidir. Çünki biznes nümayəndələrinin mövqeyinin, təkliflərinin və çağırışlarının dövlət qurumları tərəfindən dinlənilməsi və nəzərə alınması iqtisadi siyasətin daha çevik formalaşmasına şərait yaradır. Bu baxımdan, sözügedən platformanın daha da genişləndirilməsi və müxtəlif sektorları əhatə etməsi real sektorun inkişafı üçün yeni imkanların açılmasına, eləcə də dövlət və özəl sektor arasında qarşılıqlı etimadın güclənməsinə səbəb olacaq".

Xatırladaq ki, oktyabrın 7-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) Mebel Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə mebel sənayesində fəaliyyət göstərən sahibkarların iştirakı ilə sektorial axşam ziyafəti keçirilib.

Ziyafətin xüsusi qonaqları sırasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş idarəsinin rəisi Nicat İmanov, Dövlət Gömrük Komitəsinin Gömrük siyasəti Baş idarəsinin nümayəndəsi Rövşən Namazov, eləcə də İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev yer alıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri