Icma.az
close
up
RU
Dövlət biznes dialoqu Marsol Groupla yeni mərhələ

Dövlət biznes dialoqu Marsol Groupla yeni mərhələ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olan mebel sənayesi son illər həm yerli istehsalın artması, həm də ixrac potensialının genişlənməsi baxımından xüsusi diqqət mərkəzindədir. Sektorun inkişafı təkcə iqtisadi göstəricilərlə məhdudlaşmır – o, məşğulluğun artırılması, sahibkarlıq mühitinin təkmilləşdirilməsi və yeni biznes əməkdaşlıqlarının qurulması üçün də önəmli platformadır. Bu fonda keçirilən sektorial görüşlər dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, institusional dəstəyin səmərəli çatdırılması və sənayenin gələcək inkişaf xəttinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Modern.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlama verib:

"Real sektorun dəstəklənməsi və biznesin inkişafı müasir yanaşma tələb edir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş adamları, dövlət qurumları və ictimai təşkilatların bir araya gələrək müxtəlif məsələləri müzakirə etməsi real sektorun inkişafı üçün mühüm imkanlar yaradır. Belə platformalar həm dialoq, həm də əməkdaşlıq mühiti formalaşdırır. Artıq Azərbaycanda da bu cür müzakirələr təşəbbüslər səviyyəsindən çıxaraq praktiki əməkdaşlıq müstəvisinə keçməkdədir. Fərqli sektorlar üzrə ixtisaslaşmış şirkətlərin “Marsol” Group-un təşkilatçılığı ilə keçirilən görüşlərdə dövlət qurumlarının nümayəndələrinin iştirak etməsi, dövlət–biznes dialoqunun daha da genişləndiyini göstərir".

Deputat həmçinin bildirib:

 "Bu prosesdə ictimai təşkilatların körpü rolu oynaması xüsusilə önəmlidir. Çünki biznes nümayəndələrinin mövqeyinin, təkliflərinin və çağırışlarının dövlət qurumları tərəfindən dinlənilməsi və nəzərə alınması iqtisadi siyasətin daha çevik formalaşmasına şərait yaradır. Bu baxımdan, sözügedən platformanın daha da genişləndirilməsi və müxtəlif sektorları əhatə etməsi real sektorun inkişafı üçün yeni imkanların açılmasına, eləcə də dövlət və özəl sektor arasında qarşılıqlı etimadın güclənməsinə səbəb olacaq".

Xatırladaq ki, oktyabrın 7-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) Mebel Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə mebel sənayesində fəaliyyət göstərən sahibkarların iştirakı ilə sektorial axşam ziyafəti keçirilib.

Ziyafətin xüsusi qonaqları sırasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş idarəsinin rəisi Nicat İmanov, Dövlət Gömrük Komitəsinin Gömrük siyasəti Baş idarəsinin nümayəndəsi Rövşən Namazov, eləcə də İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev yer alıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri