Icma.az
close
up
RU
Martın 29 da dünyada nələr olub?

Martın 29 da dünyada nələr olub?

Icma.az, News24 portalına istinadən məlumat verir.

1994-ci ilin bu günündə Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verib. 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrə indiyə qədər tam siyasi-hüquqi qiymət verilməməsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında qeyd edilib və bununla əlaqədar Milli Məclisin xüsusi iclasının keçirilməsi tövsiyə olunub.

Bəs, 29 martda dünyada daha hansı hadisələr baş verib?

1. 29 mart 1430-cu ildə Sultan II Muradın əmri ilə yola çıxan Osmanlı ordusu Selaniki fəth edib.

2. 1555-ci ildə Osmanlı və Səfəvi imperiyaları arasında daha bir müharibə sona çatıb və 29 martda Amasya Sülh müqaviləsi bağlanıb.  Anlaşmaya görə, Van gölünün ətrafı, İmeretiya, Menqreliya və Quriya Osmanlıların, Mesxetiya, Kartli Kaxeti isə Səfəvilərin hakimiyyətinə keçib.

3. 1803-cü ilin bu günü Rusiya qoşunları Zaqatala yaxınlığındakı Car dağ kəndini işğal edərək öz ərazilərinə qatıblar. Bu hadisə uzun müddət sovet tarixçiləri tərəfindən Dağıstan xalqının könüllü olaraq Rusiyaya birləşməsi kimi təqdim edilib.

Əslində isə bu hadisə Azərbaycanın Şimal ərazilərinin Rusiya tərəfindən işğalı prosesinin başlanğıcı idi.  

4. 29 mart 1886-cı ildə Atlantalı aptekçi Con Pemberton baş ağrısı, melanxoliya və digər sinir xəstəliklərinə qarşı içki kəşf edib. Hazırda bu sərinləşdirici içki bütün dünyada “Coca-Cola” kimi tanınır.

5. 1940-cı ilin bu günündə İngiltərə Bankı saxtalaşdırmaya qarşı yeni yüksək müdafiə dərəcəsi olan ilk əsginaslar buraxıb. O vaxtdan əsginasların çap olunduğu kağıza metal sap yeritməyə başlayıblar.

6. 1998-ci ilin 29 martında Lissabonda “Ekspo-98” ümumdünya sərgisi ərəfəsində Avropada ən uzun körpü açılıb. “Vasko de Qama” adlanan bu körpünün uzunluğu 17 km. 185 metr, suyun üstündə olan hissəsinin uzunluğu isə 10 km. eni isə 31 metrdir. Körpünün layihələşdirilməsi uzun illər çəksə də, onu cəmi 8 aya inşa ediblər. Bu da müvafiq layihələr üçün rekord göstəricidir.

7. 29 mart 2004-ci ildə İrlandiya bütün iş yerlərində, o cümlədən barlarda və restoranlarda siqareti qadağan edən dünyada ilk ölkə olub.

29 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1824-cü ilin bu günü 19-ci əsr materialist elmi düşüncənin görkəmli alman filosofu Lüdviq Büxner dünyaya gəlib.

2. Şair Mirzəli Möcüz 1873-cü il 29 martda Cənubi Azərbaycanın Şəbüstər şəhərində anadan olub.

3. 1956-cı ilin bu günü Türkiyənin tanınmış rejissoru və prodüseri Fuad Uzkınay dünyadan köçüb.

4. 1966-cı ilin 29 martında Türkiyənin tanınmış memarı, roman yazıçısı və uşaq hekayələri müəllifi, Malkoçoğlu obrazının yaradıcısı Abdullah Ziya Kozanoğlu dünyadan köçüb.

5. 29 mart 1935-ci ildə Xalq artisti Muxtar Maniyev doğulub. 50-dən çox filmdə (“İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, ”Nəsimi” və s.) maraqlı obrazlar yaradıb.

6. Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov 1939-cu ilin bu günündə vafat edib. O, 1875-ci ildə dünyaya gəlib.

7. Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılov 1959-cu ilin 29 martında anadan olub. 

8. 29 mart 1976-cı ildə görkəmli ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadə vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Mart 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri