Icma.az
close
up
RU
Masallı dayanıqlı inkişaf yolunda FOTOLAR

Masallı dayanıqlı inkişaf yolunda FOTOLAR

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Musa Qasımlı, Milli Məclisin deputatı Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat yığıncağından əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov hesabat məruzəsi ilə çıxış edərək 2025-ci ildə rayonda görülmüş işlər, əldə olunmuş sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran prioritet vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmiz üçün inkişaf və tərəqqi ili olub, aparılan ardıcıl islahatlar nəticəsində iqtisadi sabitlik möhkəmlənib, əhalinin rifah halı yüksəlib. Bu inkişaf Masallı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılmasına, sosial infrastrukturun yaxşılaşdırılmasına imkan yaradıb.

İclasda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisin sədr müavini Musa Qasımlı, deputat Fəzail İbrahimli, Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov, “47 nömrəli Yol İstismarı” MMC-nin direktoru Mahmud Bağırov, Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin direktoru İlqar Ramizoğlu, Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həbib Həbibov və digər çıxış edənlər görülmüş işləri müsbət qiymətləndirərək qarşıdakı dövr üçün təkliflərini səsləndiriblər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə həyata keçirilən dövlət siyasəti, strateji islahatlar və qarşıda duran yeni hədəflərdən bəhs edib, Masallı rayonunda gələcək dövrdə icra olunacaq əsas prioritet istiqamətləri diqqətə çatdırıb.

Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub və müraciətin mətni tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda rayonun ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında, eləcə də təhsil və səhiyyənin inkişafında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri