Masallıda məktəbli qız sevgilisindən hamilə qalıb Uşağın əvvəlki sevgilimdən olduğunu sonradan bilmişəm
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Masallı rayonunda gənc oğlanın azyaşlı ilə qurduğu münasibət ağır cinayət işi ilə nəticələnib.
Demokrat.az saytı xəbər verir ki, parkda təsadüfi tanışlıqdan sonra nişanlanan cütlüyün münasibəti 24 yaşlı Rəvanın (adlar şərtidir) həbsxanaya düşməsi ilə yekunlaşıb. Hadisə ötən ilin fevral ayında, tərəflər bir evdə yaşamağa başladıqdan sonra baş verib və hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə böyük bir ailə dramının üstü açılıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Rəvan 2024-cü ilin dekabrında Heydər Əliyev adına parkda gənc Vüsaləni görərək ona yaxınlaşıb. İlkin etirazlara baxmayaraq, sosial şəbəkələr üzərindən davam edən yazışmalar tərəflər arasında "sevgi" münasibətinə çevrilib. İş o yerə çatıb ki, ailələr razılaşıb və azyaşlı qızın yaş həddi nəzərə alınmadan onlar üçün rəsmi olmayan nişan mərasimi təşkil edilib.
Lakin hadisələrin gedişatı daha mürəkkəb hal alıb. Qızın hamilə olması xəbəri ortaya çıxdıqda, Rəvan uşağı öz üzərinə götürərək onu Bakıya qaçırıb. Yalnız istintaq prosesində üzə çıxıb ki, 13 yaşlı qızın hamiləliyinin səbəbkarı Rəvan deyil, onun əvvəlki tanışı olub. Buna baxmayaraq, Rəvan qızın 14 yaşına çatmadığını bildiyi halda onunla cinsi əlaqədə olduğunu etiraf edib.
İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə Rəvan tanış olmaq üçün Heydər Əliyev adına olan parkda ona yaxınlaşıb: “Lakin razı olmadım. Sonra “Tik-tok”da videolara baxarkən Rəvanın videoları və şəkilləri qarşıma çıxdı. Mən onları bəyəndim. Rəvandan xoşum gəldiyi üçün ona “Tik”tok”da yazdım. Oradan tanış olaraq sevgili olduq. Daha sonra isə “votsap”da danışmağa başladıq. Bir müddət sonra Rəvanın ailəsi elçi gəldi və mən nişanlanmağa razılıq verdim. Rəvan məni istədiyi üçün könüllü olaraq onunla qaçmışam. Onunla iyulun 15-ə kimi birlikdə yaşamışıq. Rəvanla onun evində bir dəfə fevralın 14-də cinsi əlaqədə olmuşuq. Rəvanla tanış olarkən əvvəlki sevgilim Faiqdən hamilə olduğumu bilməmişəm və xarici görünüşümdən hamilə olduğum bilinməyib. Faiqlə də “Tik-tok”da tanış olmuşam və ondan xoşum gəlib. Faiqlə ümumilikdə 3-4 dəfə cinsi əlaqədə olmuşam. Faiq hamilə olduğumu biləndən sonra məni bloka atdı və uşağın onun olmadığını dedi. Hazırda anam ilə birlikdə yaşayıram. Rəvana qarşı şikayətim yoxdur”.
Məhkəmədə zərərçəkmiş qız Rəvandan şikayətçi olmadığını, hər şeyin könüllü baş verdiyini desə də, qanunvericilik 14 yaşına çatmayan şəxslərlə bağlı belə hallarda "könüllülük" prinsipini tanımır. Masallı Rayon Məhkəməsinin qərarı ilə Rəvan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə cinsi toxunulmazlıq yaşı 16 hesab olunur. Bu yaşdan aşağı şəxslərlə hər hansı cinsi xarakterli hərəkət, qarşı tərəfin razılığı olub-olmamasından asılı olmayaraq, ağır cinayət məsuliyyəti yaradır.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Masallıda məktəbli qız gecəyarı YOXA ÇIXDI
20 İyun 2025 09:51
Masallıda hamilə xəstəxanada ölüb
30 Sentyabr 2025 11:19
Masallıda 11 il əvvəlki cinayətə görə 3 nəfər tutuldu
21 Yanvar 2025 12:23
27 məktəbli qız hamilə qalıb
24 İyul 2025 17:13
Masallıda məktəbli qızlar arasında kütləvi dava...
01 May 2025 07:19
Baxış sayı:52
Bu xəbər 30 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları