Icma.az
close
up
RU
Masallıda “Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi keçirilib

Masallıda “Müxtəlifliyə qucaq açaq” adlı səyyar rəsm və foto sərgisi keçirilib

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 15 aprel tarixində Masallı Dövlət Rəsm Qalereyasında “Müxtəlifliyə qucaq açaq” (Embracing Variety – EV) adlı səyyar rəsm və foto sərgisi açılıb. 

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli”nə həsr olunan layihənin məqsədi Azərbaycandakı etnik müxtəlifliyi və multikulturalizm dəyərlərinə sadiqliyi nümayiş etdirmək, etnik qruplar arasında dialoqu təşviq etmək və cəmiyyətdə tolerantlığı gücləndirməkdir. 

Sərginin adı müxtəlif etnik qrupların və mədəniyyətlərin vətəni olan Azərbaycanda birgəyaşayış və harmoniyanı, həmçinin bu müxtəlifliyin dəyərləndirilməsini və qorunmasını simvolizə edir.

Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunduqdan sonra tədbir iştirakçıları Heydər Əliyev parkındakı kitab sərgisində Azərbaycanın mədəni müxtəlifliyini əks etdirən, müxtəlif xalqların dilində yazılmış və onların folklorunu, tarixini əks etdirən kitablarla tanış olublar.

Sonra Onbirillik Uşaq İncəsənət Məktəbində azsaylı xalqların folklor kollektivlərinin ifasında konsert proqramı təqdim olunub. Daha sonra tədbir iştirakçıları Masallı Dövlət Rəsm Qalereyasında  Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan ölkəmizin tanınmış sənətkarlarının rəngkarlıq və qrafika əsərləri, həmçinin Azərbaycan Fotoqraflar Birliyinin kolleksiyasına aid fotoların yer aldığı sərgiyə baxış keçiriblər. 
15 gün davam edəcək layihə çərçivəsində həmçinin “Genetik kod ağacı” adlı interaktiv sərgi də təşkil olunacaq. Sərgi iştirakçıları ağac təsviri olan kətan üzərinə barmaq izləri ilə yarpaqlar çəkəcək. Ağacın kökləri irsimizə, budaqları isə gələcəyimizə işarə edəcək. 

Bundan əlavə, sərgi çərçivəsində “Əks-səda” adlı instalyasiya da nümayiş etdiriləcək. Güzgülərdən ibarət instalyasiyada neon boyalarla müxtəlif xalqların dillərində yazılar nümayiş olunacaq. Güzgü izləyicinin özünü multikultural Azərbaycanın bir hissəsi olduğunu, şəffaf dairə mədəni müxtəlifliyin açıq və sərhədsizliyini, neon boya ilə yazılmış yazılar isə fərqli dillərin və mədəniyyətlərin görünməz, lakin real və möhkəm bağlarla bir yerdə cəmləşməsini nümayiş etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Aprel 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri