Masallıda qaz borusuna çırpılan avtomobil tamamilə YANDI VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Masallı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, "Mercedes" markalı 55-CC-432 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarındakı qaz xəttinə çırpıb. Nəticəsində qaz xəttində alışma baş verib və əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti faktı təsdiqləyib.
Bildirilib ki, hadisə zamanı avtomobilin yanar hissələri yanıb.
"Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 25 Fevral 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















