Masallıda Ulu Öndərin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Masallı, 13 dekabr, İlkin Adıyev, AZƏRTAC
Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Masallı Rayon İcra Hakimiyyəti və Masallı Su Meliorasiya Sistemləri İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər.
Ağacəkmə aksiyasının əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində addımlar atmaqla yanaşı, təbiətə hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmək olub.
Aksiya həm də “Hərəyə bir ağac əkək” devizinin yaşadılması və gələcək nəsillərə təbiəti qorumaq, yaşıllıq sahələrini genişləndirmək kimi ali dəyərlərin ötürülməsi məqsədini daşıyıb.
Tədbir çərçivəsində təbiətə töhfə məqsədilə 200 ədəd zeytun ağacı əkilib. Yeni əkilən ağaclara aqrotexniki qaydalara uyğun olaraq qulluq göstərilib və suvarılaraq sağlam böyümələri üçün lazımi şərait yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Dekabr 2024 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















