Masazırda qalmaqal: Binə Çörək Zavodu nun çörəyindən süpürgə çöpləri çıxıb VİDEO
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonu Masazır qəsəbəsində yerləşən marketlərin birindən alınan çörəklə bağlı narazılıq gündəmə gəlib.
Demokrat.az Sonxeber.az-a istinadən xəbər verir ki, bir müştəri aldığı çörəyin içindən yad cisimlər çıxdığını iddia edir.
Şikayətçinin sözlərinə görə, hadisə Masazır ərazisində fəaliyyət göstərən supermarket filiallarının birində baş verib. Alınan çörəyin üzərində istehsalçı kimi "Binə Çörək Zavodu" qeyd olunub. Ev şəraitində çörəyi kəsən zaman isə içərisindən süpürgə çöpünə bənzər sərt və nazik yad hissəciklərin çıxdığı bildirilib.
Müştəri bu halın həm gigiyenik baxımdan, həm də istehlakçı təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurduğunu deyir. Onun sözlərinə görə, çörək gündəlik istehlak olunan əsas qida məhsullarından biri olduğu üçün bu cür halların baş verməsi xüsusilə təhlükəli hesab olunur.
Hadisə ilə bağlı sosial şəbəkələrdə də paylaşımlar edildiyi və məsələni ictimailəşdirmək məqsədilə aidiyyəti qurumlara müraciət etməyə hazırlaşdığı bildirilir.
Məsələ ilə bağlı adı çəkilən satış şəbəkəsinin və istehsalçı müəssisənin mövqeyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, qida məhsullarının təhlükəsizliyinə nəzarət məsələləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinə daxildir. Belə hallarla rastlaşan vətəndaşlara məhsulun qablaşdırmasını və qəbzini saxlamaq, həmçinin rəsmi qaydada şikayət etmək tövsiyə olunur.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Binə çörək zavodundan növbəti iyrənclik FOTO
08 Fevral 2025 07:25
Fizuli İsmayılovun çörək zavodu cərimələnə bilər
07 Fevral 2025 14:47
Piroqlarında civə aşkarlanan çörək zavodu bağlandı
14 Fevral 2025 16:00
Tramp plastik çöpləri geri qaytardı
11 Fevral 2025 09:49
Erməni kilsəsi Qarabağ “çörəyindən” əl çəkmir
13 İyun 2025 16:20
Baxış sayı:52
Bu xəbər 29 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları