Icma.az
close
up
RU
“Problemlər dialoq, anlayış və paylaşım yolu ilə həll olunduqda ailə bağları daha da möhkəmlənir”

“Problemlər dialoq, anlayış və paylaşım yolu ilə həll olunduqda ailə bağları daha da möhkəmlənir”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Boşanma problemi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da aktual sosial məsələlərdən biridir. Son illərin statistik göstəriciləri göstərir ki, nikahların pozulma hallarında ciddi artım müşahidə olunur. Bəzi illərdə bağlanan nikahların demək olar ki, təxminən yarısı boşanma ilə nəticələnir ki, bu da ailə institutunun zəifləməsi baxımından təhlükəli tendensiya hesab olunur. Boşanma təkcə iki insanın ayrılması deyil, eyni zamanda, bütün ailə üzvlərinin, xüsusilə də uşaqların psixoloji və emosional vəziyyətinə dərin təsir göstərən mürəkkəb bir prosesdir. Boşanmış ailələrdə böyüyən uşaqlarda stress, özünəinamın azalması, sosial adaptasiya problemləri və emosional travmalar daha çox müşahidə olunur”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov söyləyib.

O bildirib ki, ən vacib məqamlardan biri isə budur ki, ailə qurmaq qərarı verən hər bir cütlük anlamalıdır: bu addım sadəcə sevgidən doğan bir qərar deyil, qarşılıqlı əmək, səbir və məsuliyyət tələb edən ciddi bir həyat yoludur: “Ailədə fikir ayrılıqları yarandıqda bu, dərhal ayrılıq səbəbi kimi qəbul edilməməlidir. Problemlər dialoq, anlayış və paylaşım yolu ilə həll olunduqda ailə bağları daha da möhkəmlənir. Qarşılıqlı empatiya, səbir və hörmət ailəni dağılmaqdan qoruyan görünməz qalalardır. Həyat yoldaşını dəyişməyə çalışmaq əvəzinə, onu anlamağa çalışmaq sağlam və davamlı ailə münasibətlərinin əsas şərtidir. Əks halda, boşanmaların artması ailə dəyərlərinin zəifləməsinə və cəmiyyətin sosial strukturunun sarsılmasına səbəb ola bilər. Bu səbəbdən boşanma probleminin qarşısının alınması üçün həm ailə daxilində, həm də cəmiyyət səviyyəsində maarifləndirici tədbirlərin, psixoloji dəstək mexanizmlərinin və açıq müzakirələrin aparılması vacibdir”.

R.Mahmudov vurğulayıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bütün bölgələrdə və paytaxtda ailə və nikah institutunun qorunması, milli ailə dəyərlərinin təbliği, gənclərin ailə həyatına hazırlığı məqsədilə mütəxəssislərin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunur, eyni zamanda, sosial çarxlar hazırlanır, ailə üzvlərinin birlikdə zaman keçirtməsi, valideyn məsuliyyətinin düzgün təbliğ olunması üçün layihələr həyata keçirilir: “Nəzərə alsaq ki, nikahın pozulması prosesində cütlüklə yanaşı uşaqlar da olduqca böyük travma alır, bu istiqamətdə hər zaman uşaqlarla da iş aparmaq olduqca vacibdir. Bütün bunlar nəzərə alınaraq ailələrlə və uşaqlarla işləyən mütəxəssislər üçün Dövlət Komitəsi tərəfindən beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil edilib”.

O həmçinin deyib ki, nikahın pozulması prosesində yalnız cütlüklər deyil, uşaqlar da ciddi psixoloji və emosional travmalar alır, bu istiqamətdə uşaqlarla aparılan iş xüsusi əhəmiyyət daşıyır: “Bu səbəbdən boşanma riski olan və ya boşanma prosesindən keçən ailələrin övladları ilə sistemli və məqsədyönlü fəaliyyətin təşkili olduqca vacibdir. Bütün bu amillər nəzərə alınaraq ailələrlə və uşaqlarla işləyən mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Komitəsi tərəfindən beynəlxalq ekspertlərin iştirakı ilə mütəmadi təlimlər təşkil edilir. Boşanmaların artması təkcə ailə institutuna deyil, bütövlükdə cəmiyyətin sosial və mənəvi sağlamlığına təhlükə yaradır. Bu tendensiyanın qarşısını almaq üçün fərdi məsuliyyətlə yanaşı, cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyəti zəruridir. Sağlam ailə isə sağlam cəmiyyətin əsas sütunudur”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Yanvar 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri