Alparslan Bayraktar: 2026 cı il hədəflərimizdə Azərbaycanla tərəfdaşlıq mühüm yer tutur
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "A Haber" telekanalına müsahibəsində ölkənin enerji tarixində yeni mərhələ hesab olunacaq mühüm açıqlamalar verib.
Teleqraf xəbər verir ki, Alparslan Bayraktar Türkiyənin regional enerji qovşağına çevrilməsi istiqamətində atılan strateji addımlardan və yeni iş modellərindən bəhs edib.
Enerji resurslarının bazara çıxarılması üçün hazırlanan rasional layihələrə toxunan nazir bildirib ki, Türkiyə Aralıq dənizindəki imkanlarından maksimum yararlanacaq:
"Liviyada kəşf etdiyimiz təbii qazı birbaşa Türkiyəyə gətirmək yerinə, coğrafi yaxınlığı nəzərə alaraq İtaliya bazarına sata bilərik. Bu zaman İtaliyanın Azərbaycandan aldığı qazı "swap" (mübadilə) üsulu ilə öz balansımıza yazdıra bilərik. Bu cür fərqli iş modelləri vasitəsilə yeni dəyər zənciri yaradacağıq".
Suriya ilə enerji əməkdaşlığının genişləndiyini vurğulayan A.Bayraktar, bu ölkəyə həm elektrik, həm də təbii qaz ixracının artırıldığını qeyd edib:
"Şimali Suriyaya verilən elektrik enerjisinin həcmi artırılıb. 2026-cı ildə Hələb xəttinin istifadəyə verilməsi ilə ötürmə gücü daha 500 meqavat artacaq. Avqustun 2-dən etibarən Azərbaycandan gələn təbii qaz Kilis vasitəsilə Suriya xəttinə qoşulub. Hazırda Suriyaya qaz axını davam edir və bu resurs həm evlərin qızdırılmasında, həm də elektrik stansiyalarında istifadə olunur".
A. Bayraktar Türkiyənin enerji müstəqilliyi hədəfinin 2026-cı ildə qlobal miqyas alacağını bildirib:
"2026-cı il böyümə strategiyamızın mərkəzində təkcə daxili hasilat deyil, həm də İraq, Liviya, Qazaxıstan və Azərbaycan kimi ölkələrlə quracağımız güclü tərəfdaşlıqlar dayanır. Biz həm öz torpaqlarımızda, həm də sərhədlərimizdən kənarda Türkiyənin enerji imzasını hər yerə daşıyacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 29 Yanvar 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















