Icma.az
close
up
RU
Menu

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Naxçıvanın enerji sistemi yenidən qurulur

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

“Maserati”nin İtalyan zərifliyinin Azərbaycan ambisiyası ilə tanışlığı: Brendin strategiyasına nəzər

“Maserati”nin İtalyan zərifliyinin Azərbaycan ambisiyası ilə tanışlığı: Brendin strategiyasına nəzər

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtalyanların məşhur “la dolce vita” (şirin həyat) tərzi – zərifliyin, qayğısız həyatın və hər anı zövq alaraq yaşamağın simvolu – bütün dünyada insanları ovsunlamağa davam edir. Bəziləri üçün bu sadəcə İtaliyaya səyahət arzusunu alovlandıran bir xəyaldırsa, bəziləri üçün isə rahatlığı gündəlik həyata daşımağı bacarmaqdır. Lakin artıq müasir texnologiya və nəqliyyat şəbəkələrinin inkişafı hesabına “la dolce vita” ruhunu yaşamaq üçün heç ölkədən kənara çıxmağa ehtiyac da qalmayıb. Bu füsunkar ruhu özündə daşıyan və onun simasına çevrilən sənət nümunələrindən biri isə məhz əfsanəvi “Maserati” brendidir.

“Maserati” bu gün sadəcə lüks avtomobil istehsalçısı deyil, o, İtalyan ehtirasını, gücünü və incəliyini özündə birləşdirən sənət əsəridir. Onun hər xırda detalı İtaliya ruhunu əks etdirir. Bu, brendin ənənəvilik ilə yenilikçilik arasında harmoniyanın zirvəsidir. “Maserati” qabaqcıl texnologiyanı, misilsiz performansı və fərqli dizaynı bir araya gətirərək həm Bakının səs-küylü və hərəkətli prospektlərinə, həm də tarixi küçələrinə qüsursuz şəkildə uyğunlaşır.

“Maserati”nin regional direktoru Filip Klaverol “Report”a müsahibəsində bu əfsanəvi brendin öz sahiblərinə hansı üstünlüklər təqdim etməsindən, həmçinin şirkətin strategiyalarından, Azərbaycan bazarının əhəmiyyətindən, müasir texnologiyaların inteqrasiyası və müştərilərin tələblərini qarşılamaq üçün tətbiq edilən yanaşmalardan danışıb:

- Cənab Klaverol, regionda premium avtomobillərə artan marağı nəzərə alsaq, Azərbaycan avtomobil bazarının “Maserati” brendi üçün potensialını necə qiymətləndirirsiniz?

- Azərbaycan güclü inkişafa malik zəngin bir ölkədir. Biz isə uğurlu bir şirkətik və bu bazarda olmaq bizim üçün çox normaldır. Bazarı daha da maraqlı edən isə hökumətin elektrikli nəqliyyat vasitələrindən istifadəni ciddi şəkildə təbliğ etməsidir. Bu, bizim strategiyamıza çox uyğundur. Çünki “Maserati” olaraq biz məşhur “V6 Nettuno” da daxil olmaqla benzin mühərriklərimizi qorumaqla yanaşı, “GranCabrio” və “GranTurismo” kimi tam elektrikli modellərimizi əhatə edən “Folgore” versiyalarını da inkişaf etdiririk.

Bununla yanaşı, bizim üçün vergiləri azaltmaqla elektrikli nəqliyyat vasitələrindən istifadəni dəstəkləyən bir ölkədə fəaliyyət göstərmək olduqca vacibdir. Bu siyasət Azərbaycan bazarının cazibədarlığını artırır və bu da bizim inkişaf strategiyamıza təbii olaraq uyğun gəlir.

- “Maserati” marketinq strategiyalarını Azərbaycan bazarının özünəməxsus xüsusiyyətlərinə necə uyğunlaşdırır? Müştəri seçimlərini bu strategiyalara necə daxil edirsiniz?

- “Maserati”də müştəri ehtiyaclarını qarşılama üsulumuz həm sadə, həm də mürəkkəbdir. Lüks bir brend olaraq müxtəlif zövqləri nəzərə alan avtomobil çeşidi təklif edirik. Məsələn, yolsuzluq avtomobillərinə (SUV) tələbatın artdığı Azərbaycanda çox populyar olan “Grecale” adlı SUV modelimiz var. Digər tərəfdən isə “Sedan” modellərinə tələb getdikcə azalır.

Bundan əlavə, “GranTurismo”, “GranCabrio” və “MC20” kimi idman avtomobilləri də təklif edirik. Həmçinin “Fuoriserie” proqramımız vasitəsilə müştərilərimizin zövqünə uyğunlaşmağa çalışırıq. Bu proqram müştərilərə qara, qırmızı və ya qəhvəyi rəngdə dəri interyer və müxtəlif rənglərdə eksteryer seçimləri təklif edir. Bundan əlavə, çox unikal bir avtomobil axtaran müştərilər olur ki, onlara tam fərdiləşdirilmiş təcrübə təklif edirik. Müştərilər xüsusi bir rəng istəyirsə, biz bunu sifariş əsasında hazırlayırıq. Bu isə təbii olaraq ödəniş xidmətin qiymətinə təsir edir. Lakin bu yolla müxtəlif müştəri ehtiyaclarını rahatlıqla qarşılayırıq. Həqiqi idman avtomobili olan “MC20” istisna olmaqla, bütün avtomobillərimiz tam avtomatik, 4x4, 8 pilləli ötürücülər və ən son texnologiyalarla təchiz ediliblər. Yəni müştərilərinin bir avtomobildən gözlədiyi hər şeyi, hətta daha artığını onlar üçün təmin edirik. Daha da fərdiləşdirilmiş bir şey istəyənlərə isə dəqiq qeyd edilən xüsusiyyətlərə uyğun avtomobil hazırlamağı təklif edirik.

- Sizcə, elektrikli avtomobil bazarının inkişafı dünya üzrə premium avtomobillərin satışına necə təsir göstərəcək?

- Müşahidə etdiyimiz trend ondan ibarətdir ki, əvvəllər proqnozlaşdırdığımız qədər olmasa da, elektrikli avtomobillər inkişaf edir. Lakin lüks avtomobil alıcılarının, əsasən, böyük şəhərlərdə yaşadığını nəzərə alsaq, burada elektrikli avtomobillərə olan ehtiyacın çoxluğu daha aydın görünür, çünki çirklənmə kimi məsələlər ön plandadır.

Fikrimcə, lüks avtomobil alıcıları qiymətlərlə bağlı daha az həssas olduqları üçün bu bazar daha da böyüyəcək. Buna görə də biz bu sahəyə çox müsbət və optimist yanaşırıq. Ancaq gözardı etməməliyik ki, ənənəvi avtomobil həvəskarları arasında hələ də mühərrik səsinə üstünlük verənlər var.

Lakin texnologiya sənayesində, rəqəmsal sahədə çalışan, hətta bitkoin milyonçuları olan çoxlu gənc müştərilərimiz var ki, onların nümunəsində biz gənc nəslin elektrikli avtomobillərə daha maraqlı olduğunu görürük. Buna görə də bazarın kifayət qədər sürətlə böyüyəcəyinə inanırıq. Onu da qeyd etməliyəm ki, hazırda elektrikli avtomobil bazarının iki fərqli istiqamətdə - çox bahalı və çox ucuz avtomobillər istiqamətində inkişaf etdiyini görürük. Yəni iki fərqli tendensiya var.

- Bəs onların keyfiyyəti barədə nə deyə bilərsiniz?

- Keyfiyyətdən danışırıqsa, “Maserati” olaraq biz müştərilərimizə eyni keyfiyyəti təqdim etməliyik, istər elektrik mühərriki ilə, istər V6 ilə, istərsə də 2 litrlik turbo ilə. Bu, bizim standartımızdır. Yəni avtomobilin keyfiyyəti də, performansı da eyni səviyyədədir.

Məsələn, “GranTurismo” və ya “Grecale”in elektrikli modellərini götürək. Onlar benzinlə işləyən modelləri ilə eyni performansa sahibdirlər. Hətta onları yarış meydançasına aparıb yoxlasanız, görəcəksiniz ki, onlar əsl idman avtomobili kimi işləyirlər. Biz keyfiyyətlə bağlı güzəştə getmirik. İstər elektrikli olsun, istərsə də benzinli, amma əsl “Maserati” olmalıdır. Keyfiyyətdə güzəştə yer yoxdur.

Bu həm də Azərbaycanda “Grand Automotive” ilə niyə tərəfdaşlıq etdiyimizi izah edir. Müştərilərimiz avtomobil alarkən həm də uzunmüddətli perspektiv üçün ən yaxşı təcrübəni əldə etmək istəyirlər. Məhz buna görə də keyfiyyət məsələsində heç bir güzəştə getməmək bizim üçün çox vacibdir.

- Azərbaycanda elektrikli nəqliyyat vasitələri infrastrukturunun inkişafı üçün potensial görürsünüzmü? “Maserati” regionda öz elektrikli modellərini tanıtmaq üçün hansı addımları atır?

- İnfrastruktur məsələsinə gəldikdə, bu daha çox hökumətin səlahiyyətindədir, ona görə də bu barədə birbaşa danışa bilmərəm. Lakin deyə bilərəm ki, bizim elektrikli avtomobili aldığınız zaman evdə quraşdırmaq üçün “Maserati Wall Box” almaq imkanı əldə edirsiniz ki, bu da rahat enerji doldurmanı təmin edir.

Xüsusilə vurğulamaq istəyirəm ki, biz bir qrup varlı insanlara xidmət göstəririk. Niyyətimiz düzgün auditoriyaya yönəlmək və onların ehtiyaclarını qarşılamaqdır. Bəzi insanların “Maserati” almaq imkanı olmaya bilər, bəzilərinin isə imkanı olsa da, pullarını başqa yerə yatırmağı seçə bilərlər.

Strategiyamız doğru auditoriya ilə əlaqə qurmaqdır. Müştərilərimizə unikal və yadda qalan təcrübələr təklif etməklə güclü icma yaratmağı hədəfləyirik. Çünki bu iş dalğa effekti yaradır, yəni məmnun müştərilər öz təəssüratlarını dostları ilə bölüşür və “Maserati” sahibi olmağın sevincinionlara ötürürlər. Bu yanaşma biznesimizin təbii şəkildə böyüməsinə kömək edir.

“Maserati” aldığınızda zaman siz İtalyan lüksünə və bizim "allegria" adlandırdığımız şeyə sahib olursunuz. Bu, unikal İtalyan konsepsidir, həyat eşqi, sevinc hissi və yaşamaq həvəsini özündə ehtiva edir. “Maserati” sürmək bu “allegria”nı canlandırır və strategiyamız bu hissi addım-addım onu, həqiqətən, başa düşə və qiymətləndirə bilən insanlarla bölüşməkdir.

- “Maserati” brendinin Azərbaycanda və olduğunuz digər regionda uğurlu inkişafına hansı amillər töhfə verir? Şirkətiniz yerli bazarda rəqabətədavamlı qalmağı necə planlaşdırır?

- Əvvəlcə də qeyd etdiyim kimi, “Maserati” kütləvi istehsal markası deyil. Bizim üçün əsas məsələ müştərilərimizin istədiyi və layiq olduğu lüks təcrübəni çatdırmağı bacarmaqdır. Bu, məhsulun özündən, satınalma təcrübəsindən, “Maserati” sahibinin gündəlik həyatından və digər bir sıra faktorlardan asılıdır.

Biz bu məhsulları tanıtmalı, insanları “test-drayv”a təşviq etməliyik. Satış və brendin tanıdılması məsələsinə gəldikdə, bizdə tamamilə yeni bir salon var. Bu salon həm də diler mərkəzi kimi fəaliyyət göstərir və “Maserati”nin yeni nəsil standartlarına tam cavab verir. Hazırda “Maserati”nin ən yaxşısını təqdim edirik və avtomobillə bağlı təcrübəni də buna uyğun təşkil edirik.

Bu baxımdan Bakıda bizim tərəfdaşımızın rolu çox önəmlidir. Məsələn, siz avtomobilinizi servisə gətirəndə biz sizə müvəqqəti olaraq başqa avtomobil təqdim edirik ki, evə taksi ilə qayıtmaq məcburiyyətində qalmayasınız. Rahatlığı təmin etmək üçün avtomobilinizin eynisini müvəqqəti avtomobil kimi əldə edirsiniz. Yəni biz müştəri tələbatını qarşılamağa çalışırıq.

Bu yanaşma, əslində, digər bazarlarda etdiklərimizdən çox da fərqlənmir. Çünki biz daha kiçik və xüsusi bir auditoriyaya xidmət edirik. Dünyanın hər yerində müşahidə etdiyimiz odur ki, imkanlı insanlar, lüks avtomobillərlə maraqlanan şəxslər eyni ehtiyaclara malikdirlər və onu təmin etmək lazımdır. Müştərilərimiz arasında dil fərqi ola bilər, amma sonda onlar eyni şeyi axtarırlar. Buna görə də bizim üçün çox vacibdir ki, unikal “Maserati” təcrübəsini yerli qanunlara və qaydalara uyğunlaşdıraraq təqdim edək. Amma bu uyğunlaşdırma yalnız texniki və hüquqi aspektlərə aiddir. Dəyişiklik başqa ölkələrdə fərqli görünmək üçün edilmir. Məsələn, amerikalılara, çinlilərə və ya digər müştərilərə müraciət etmək üçün rəngi dəyişdirməyə ehtiyac yoxdur. Avtomobil necədirsə, elə də təqdim olunur və insanlar bunu sevirlər. Biz insanlara İtalyan lüksünün zirvəsini təqdim etməliyik və yalnız təcrübəni yerli tələblərə uyğunlaşdırmalıyıq. Məncə, hazırda Bakıda müştərilərə çox yaxşı bir təklifimiz var.

- Son olaraq bilmək istərdik ki, indiyə qədər Azərbaycanda neçə “Maserati” avtomobili satılıb və yaxın gələcəkdə hansı satış hədəflərinə çatmağı planlaşdırırsınız? 2024-cü ildə “Maserati”nin qlobal satış göstəriciləri və şirkətin 2025-ci il üçün hədəfləri haqqında məlumat verə bilərsinizmi?

- Biz kütləvi istehsal brendi olmadığımız üçün satış rəqəmlərini paylaşmırıq. Milyonlarla avtomobil satdığını xüsusi vurğulayan bəzi markalardan fərqli olaraq bu bizim diqqət mərkəzimizdə olan məsələ deyil. Hazırda “Maserati” böyük bir keçid dövrü yaşayır, çünki avtomobil çeşidimizi tamamilə yeniləmişik.

“MC20” modeli cəmi dörd il əvvəl, “Grecale” iki il əvvəl, “GranTurismo” və “GranCabrio” isə keçən il təqdim edilib. Biz bu yeni modelləri təqdim etməyə və inkişaf etdirməyə davam edirik və eyni zamanda, şəbəkəmizi yenidən qururuq. Məsələn, Bakıda, keçən il yeni bir distribyutorla əməkdaşlığa başladıq və transformasiyamızın bir hissəsi olaraq elektrikli avtomobilləri də təqdim edirik.

Satış həcmi ilə bağlı mütləq nə isə deməliyəmsə, onu qeyd edə bilərəm ki, ötən illər ərzində Bakıda onlarla avtomobil satmışıq və keçən illə müqayisədə bu il əhəmiyyətli artım var. Daxili planlarımız var və bunlara uyğun irəliləyirik. Lakin bizim üçün ən vacib olan davamlı artım və müştərilərimiz üçün müstəsna təcrübəni təmin edən gəlirli biznes qurmaqdır. Müştərilərimizi və biznes tərəfdaşlarımızı məmnun etmək bizim əsas prioritetimizdir. Biz “Maserati”nin nüfuzunu artıraraq və daha çox insanı İtalyan lüksünün unikallığını kəşf etməyə təşviq edərək biznesimizi böyüdəcəyik.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://report.az
archiveBu xəbər 11 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see137

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see129

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see115

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see113

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri