Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Liqa 1: Marsel darmadağına sevindi

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Masil Dəmirov: 26 İyun ordu quruculuğu ənənələrinin bərpası istiqamətində mühüm addım oldu

Masil Dəmirov: 26 İyun ordu quruculuğu ənənələrinin bərpası istiqamətində mühüm addım oldu

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Silahlı Qüvvələr dövlət orqanı kimi cəmiyyətin siyasi sisteminə daxil olur və onun törəmə elementidir. Buna uyğun olaraq, Silahlı Qüvvələr konkret olaraq müəyyən iqtisadi, siyasi, sosial, mənəvi və s. ictimai münasibətlər sistemlərində yaradılır, fəaliyyət göstərir və inkişaf edir. Üstəlik, bu münasibətlərin mərkəzində adətən ordu durur. Azərbaycan tarixində əlamətdar hadisələrdən biri də, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasıdır. Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə yaradılıb. ADR-in cəmi 23 ay yaşamasına baxmayaraq, müstəqil dövlətin milli ordusunun bütün zəruri atributları formalaşdı. Bu qərar müsəlman Şərqində ilk demokratik ölkənin öz ordusunu yaratması üçün hüquqi əsas oldu. Məlum tarixi hadisələr nəticəsində, müəyyən transformasiyalardan keçən Azərbaycanın Silahlı Qüvvələri uzun illər sonra, yeni və müstəqil Azərbaycanın tarixində şərəfli yer tutdu.

Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə, Milli Ordu quruculuğu ənənələrinin bərpası istiqamətində mühüm addım atılmış, 26 İyun Silahlı Qüvvələr Günü elan edilmişdir.

Ümumilikdə, ordunun məqsədi, quruluşunun və fəaliyyətinin mahiyyəti və prinsipləri - aydın şəkildə müəyyən edilmiş və rəsmiləşdirilmiş siyasi göstərişlərin və siyasi qərarların həyata keçirilməsidir. Siyasət, müharibə və hərbi məsələlər həmişə bir-biri ilə üzvi şəkildə əlaqəli olub. Təbii ki, bu sıraya dövlətin hərbi təhlükəsizliyi də əlavə edilməlidir. Dünya birliyi ölkələrinin hərbi siyasətinin əsasını, onların hərbi təhlükəsizliyini gücləndirmək istəyi təşkil edir. Hərbi təhlükəsizlik - ölkənin müdafiə qabiliyyətinin vəziyyətini və milli maraqların müdafiəsini təmin etmək qabiliyyətini müəyyən edən milli təhlükəsizliyin ən mühüm tərkib hissələrindən hesab olunur. 

Hərbi təhlükəsizlik - dövlətin müharibənin başlanmasına, müharibəyə cəlb olunmasına müqaviməti, baş verdikdə isə ölkənin milli təhlükəsizliyinə dəyən zərəri və dağıdıcı nəticələri minimuma endirmək qabiliyyətini xarakterizə edir. 1918-ci il mayın 28-də qəbul edilmiş ADR-in İstiqlal Bəyannaməsində Azərbaycanın xarici təhlükələrdən qorunmaq və özünümüdafiə üçün nizami orduya malik olması vurğulanır. Amma tarixi təcrübə göstərir ki, təkcə hərbi güc bütün təhlükəsizlik problemlərini həll edə bilməz. 

ADR-in süqutundan sonra ordu quruculuğu prosesi dayandırıldı, onu yalnız 1969-cu ildə Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gəldikdən sonra bərpa etmək mümkün oldu. Onun rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun keyfiyyət göstəricilərinin yüksəldilməsi və müasirləşdirilməsi sahəsində köklü islahatlar aparılıb, onun daha da möhkəmlənməsi və təkmilləşdirilməsi üçün zəmin yaradılıb. Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri, onun yenilməz iradəsi sayəsində Azərbaycanda hərbi kadrların hazırlanması geniş miqyasda həyata keçirilmişdir.
 Azərbaycanda müasir ordu quruculuğuna ötən əsrin 70-ci illərindən başlanılıb. Ulu öndər Heydər Əliyev 1969-cu ildə ölkə rəhbərliyinə gələrək, milli zabit kadrlarının hazırlanmasını qarşısına məqsəd qoydu və bununla da Azərbaycanda ordu quruculuğuna start verdi. 1971-ci ildə Ulu öndər Heydər Əliyev inanılmaz səylə ölkədə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Bu məktəbə, eləcə də digər respublikalardakı hərbi məktəblərə gənclərin cəlb edilməsi Azərbaycan üçün peşəkar hərbi kadrların hazırlanmasına mühüm təkan verdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin məzunları olan zabitlər həm Birinci, həm də İkinci Qarabağ müharibələrində peşəkarlıq göstərmişlər.

1991-ci ilin sonunda SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycan çətin ictimai-siyasi vəziyyətə düşdü. 1993-cü ilin yayında, xalqın çağırışına cavab verən Azərbaycanın böyük oğlu Heydər Əliyevin hakimiyyətə gəlişi ilə, ölkədə vəziyyət sabitləşdi. Dövlətin orduya diqqət və qayğısını daha da artdı, ölkədə hərbi quruculuq istiqamətində mühüm addımlar atıldı. 1999-cu il yanvarın 20-də Ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə, Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı.
Ümummilli lider Heydər Əliyevin başladığı ordu quruculuğu işləri Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Dahi Lider ordu quruculuğu sahəsində strateji siyasətini uğurla həyata keçirən cənab İlham Əliyevin fərman və sərəncamları ilə, ölkədə müasir hərbi-sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələrin kadr hazırlığının təkmilləşdirilməsi prosesləri uğurla həyata keçirilir.

2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq, Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməklə, 44 gün ərzində işğal olunmuş əraziləri azad etdi. Vətən müharibəsində parlaq qələbə, Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyətinin parlaq göstəricisidir. Döyüşlər Azərbaycan ordusunun istər silah-sursat, istərsə də şəxsi heyət baxımından tam üstünlük təşkil etdiyi bir şəraitdə gedirdi. Pilotsuz uçuş aparatlarından peşəkarlıqla istifadə edilməsi nəticəsində, strateji əhəmiyyətli hərbi texnika kompleksləri, o cümlədən zenit-raket kompleksləri, tanklar, zirehli texnika, eləcə də hərbi məntəqələr və düşmənin çoxlu sayda canlı qüvvəsi məhv edilib. Azərbaycan xalqının, dövlətinin və əsgərlərinin qazandığı böyük qələbə ordu quruculuğu sahəsində uzun illər aparılan islahatların, qalib Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, möhkəm iradəsinin və qətiyyətinin nəticəsidir.

Postmüharibə dövründə aparılan hərbi siyasətdə, dövlətin regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi mühüm yer tutur. Çətin beynəlxalq vəziyyətə baxmayaraq, Azərbaycan mühüm iqtisadi, enerji və hərbi potensialı ilə yanaşı, Avrasiya qitəsindəki unikal strateji mövqeyinə görə regional və dünya proseslərində obyektiv olaraq mühüm rol oynamaqda davam edir. Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində, Azərbaycan Ordusu güclü orduya çevrilib və beynəlxalq reytinqlərə görə, dünyanın 50 ən güclü ordusu sırasında yer alıb. Azərbaycan Ordusunun arsenalı güclü müasir silah və texnikaya malikdir. Ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bundan əlavə, orduda aparılan islahatlar, yeni komando briqadalarının yaradılması, Ali rəhbərliyin xalqımızın təhlükəsiz yaşaması naminə, ölkəmizin müdafiəsinə göstərdiyi diqqətin göstəricisidir. 

Tarix boyu mövcud hərbi-siyasi vəziyyətə görə hərbi güc, faktiki olaraq silahlı zorakılığın qarşısının alınmasının əsas vasitəsi olaraq qalmışdır. Dünyada sosial-siyasi və iqtisadi balanssızlıq, xalqlar və millətlər arasında mənəvi münasibətlərin bütün səviyyələrində ideoloji fikir ayrılıqları, bəzi dövlətlərin rəhbərləri səviyyəsində psixoloji tarazlığın pozulması, Yer kürəsində çoxlu sayda silahların rəsmi strukturlar tərəfindən idarə olunmaması hərbi qüvvəni müasir beynəlxalq siyasətin mühüm alətinə çevirir. Buna baxmayaraq, ölkəmizdə mövcud sabitlik, xalqımızın zəngin və mədəni bazası, dövlətimizin qüdrəti, ordumuzun rəşadəti  Azərbaycana dünyada gündən-günə marağın artmasına səbəb olur və dövlətimizin beynalxalq arenada nüfuzunun artmasına qarşılıqlı olaraq tövhə verir.

Masil Dəmirov,
Beynalxalq əlaqələr üzrə analitik

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see131

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri