Icma.az
close
up
RU
Maşın bazarında cinayət Risk hələ də qalır

Maşın bazarında cinayət Risk hələ də qalır

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Avtomobil bazarında istifadə olunmamış kimi təqdim edilən, lakin istehsal tarixindən uzun müddət keçmiş təkərlərin satılması ilə bağlı narahatlıqlar artır. Bu vəziyyət sürücülərin təhlükəsizliyi baxımından ciddi risklər yaradır və yol hərəkəti təhlükəsizliyi məsələsini gündəmə gətirir. Əsas sual isə ondan ibarətdir ki, belə təkərlərin istifadəsi nə dərəcədə təhlükəlidir və vətəndaşlar təkər alarkən hansı məqamlara diqqət etməlidir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu problem təəssüf ki, Azərbaycanda ehtiyat hissələri bazarında uzun illərdir mövcuddur. 
"Hətta bununla bağlı bir neçə cinayət işi də olub. Avropadan gətirilən köhnə təkərlərin üzərinə müəyyən naxışlar vurularaq onların yeni və ya az işlənmiş təkər kimi satılması halları müşahidə edilib. Hazırda belə halların davam edib-etmədiyi dəqiq bilinməsə də, risk hələ də qalır. İşlənmiş və artıq ömrünü başa vurmuş təkərləri yeni adı ilə alıb avtomobilə quraşdırmaq və bu vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək çox riskli və təhlükəlidir. Avtomobilin manevr qabiliyyəti birbaşa təkərlərlə bağlıdır. Xüsusilə sürüşkən yollarda və yağışlı havalarda tormoz məsafəsi xeyli uzana bilər. Bundan əlavə, yüksək sürətlə hərəkət zamanı belə təkərlər qəfil partlaya bilər ki, bu da ağır qəzalarla nəticələnə bilər".
Ekspert bildirib ki, vətəndaş köhnə təkər alarkən bilməlidir ki, onun istifadə müddəti qısadır və əlavə risklər yaradır. 
"Ümumiyyətlə, alıcıların əksəriyyəti təkərin vəziyyətini vizual olaraq düzgün qiymətləndirə bilmir. Sadəcə baxışla təkərin köhnə və ya az işlənmiş olduğunu dəqiq müəyyən etmək çətindir. Bu səbəbdən vətəndaşlara yeni təkər almaq tövsiyə olunur. Köhnə təkərlər yalnız müvəqqəti hallarda, məsələn, yolda təkər zədələndikdə qısa məsafə qət etmək üçün ehtiyat variant kimi istifadə oluna bilər. Lakin belə təkərlərlə uzunmüddətli istifadə və xüsusilə magistral yollarda hərəkət təhlükəlidir".
Onun sözlərinə görə, təkərin protektor dərinliyi müəyyən normaya uyğun olmalıdır. 
"Təəssüf ki, bəzi sürücülər bu məqama diqqət yetirmir və artıq yeyilmiş, istismar müddəti bitmiş təkərlərdən istifadə edirlər. Xüsusilə payız-qış mövsümündə bu cür hallara tez-tez rast gəlinir ki, bu da qəza riskini daha da artırır. Bu problemlərin qarşısını almaq üçün yeni və standartlara uyğun təkərlərə üstünlük verilməsi vacibdir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2026 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri