Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ölümdən sonra insanı nə gözləyir?

Ötən onilliklərin solmayan kinolentləri

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Maşın bazarında səssiz geriləmə

Maşın bazarında səssiz geriləmə

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Azərbaycanda avtomobil bazarında nəzərəçarpan dəyişikliklər baş verir. Statistik məlumatlara görə, 2026-cı ilin ilk səkkiz ayında ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalıb. Minik avtomobillərinin idxalında geriləmə 37,4 faiz, hibrid, plug-in hibrid və elektromobillərin ümumi idxalında isə 60,3 faiz təşkil edib.

İdxalın kəskin azalması ilə yanaşı, ikinci əl avtomobil bazarında da qiymətlər aşağı istiqamətdə dəyişib. Lakin burada kəskin ucuzlaşmadan söhbət getmir. Hesablamalara görə, avqust ayında ikinci əl avtomobillərin qiyməti iyulla müqayisədə orta hesabla 0,6 faiz ucuzlaşıb. Bəs avtomobil idxalındakı kəskin azalma Azərbaycanda avtomobilə olan marağın səngiməsi kimi qiymətləndirilə bilərmi?

Qaynarinfo bu mövzuda "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki, avtomobil idxalında qeydə alınan azalma müxtəlif səbəblərlə bağlıdır: “Azalma ilk növbədə, 2026-cı ilin əvvəlindən tətbiq olunan idxal rüsumları ilə bağlıdır. Əvvəllər hibrid və plug-in hibrid avtomobillərə güzəştlər tətbiq edilirdi. Lakin 2026-cı il yanvarın 1-dən bu güzəştlərin aradan qaldırılması həmin avtomobillərin qiymətinin artmasına və nəticədə idxal həcminin azalmasına səbəb olub. İdxalın azalması, şübhəsiz ki, bazarda tələbin zəifləməsinin göstəricilərindən biridir. Bununla yanaşı, prosesə vergi-gömrük siyasəti, avtomobillərin maya dəyərinin artması, bank kreditlərinin əlçatanlıq səviyyəsi, ikinci əl avtomobil bazarında qiymət dinamikası və yeni avtomobil brendlərinin bazara daxil olması kimi amillər də təsir edir”.

Ekspert diqqətçəkən məqamlardan birinin idxal olunan avtomobillərin orta statistik dəyərinin əvvəlki illə müqayisədə artması olduğunu bildirib: “İdxalın azalmasına baxmayaraq, gətirilən avtomobillərin orta dəyərində artım var. Bu, bazarın tamamilə daralmasından çox, strukturunun dəyişdiyini göstərir. Eyni zamanda, ikinci əl avtomobil bazarında qiymət təzyiqi yaranıb. Avtomobil bazarında qiymətlərin zəifləməsini yalnız alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah etmək düzgün olmazdı. 2026-cı ildə iqtisadi vəziyyətin əvvəlki illə müqayisədə dəyişməsi də faktdır. Ailələr büdcələrində digər xərcləri avtomobil almaqdan daha üstün istiqamət kimi qiymətləndirə bilərlər”.

V.Oruc hibrid və elektromobillərin idxalındakı kəskin azalmanın da xüsusi diqqət tələb etdiyini deyib: “Hibrid avtomobillərin idxalında 60 faizdən çox azalma baş verib. Plug-in hibridlərin idxalı da təxminən 60 faiz, tam elektrik avtomobillərin idxalı isə 55 faiz azalıb. Düşünürəm ki, bu geriləmədə həmin avtomobillərin Azərbaycan bazarının real tələblərinə nə dərəcədə cavab verməsi də rol oynayır.

Əvvəllər bu avtomobillərə daha ucuz olduğu üçün üstünlük verilirdi. Lakin istismar prosesində ehtiyat hissələrinin baha olması, bəzi hallarda onların gec əldə edilməsi və digər praktiki problemlər yeni avtomobillərə marağın azalmasına təsir göstərib”.

V.Orucun sözlərinə görə, hələlik hazırkı geriləməni uzunmüddətli proses kimi qiymətləndirmək düzgün deyil: “Bu, müəyyən mənada tənzimlənən geriləmədir və bazar tələbə uyğun yenidən formalaşır. Hazırkı həcm az deyil, əvvəlki həcm yüksək idi. Əvvəllər əhalinin yığım imkanlarının müəyyən hissəsi avtomobilə yönəlirdi. Buna taksi xidmətinin gəlirli sahə olması da təsir göstərirdi. Hazırda isə taksi fəaliyyətinə dair tələblərin sərtləşdirilməsi, sürücülər üçün sertifikat tələbi, avtomobillərin istehsal ili ilə bağlı məhdudiyyətlər və digər inzibati şərtlər bu sahəyə təsir edib. Bu dəyişikliklər avtomobilin gəlir gətirən biznes vasitəsi kimi istifadəsinə və avtomobil icarəsi bazarına da öz təsirini göstərir. Bütün bu amillər avtomobil bazarında həm məhdudlaşdırıcı, həm də tənzimləyici rol oynayır”.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, ötən il ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin başa çatması və əvvəlcədən idxal edilən avtomobillərin hələ də satışda olması bazardakı durğunluğa təsir göstərib.

Assosiasiya sədri avtomobillərə tələbatın azalmadığını və utilizasiya prosesinin bazara təsir göstərəcəyini vurğulayıb.

“İdxalın azalması ölkədə avtomobillərə tələbatın olmadığı anlamına gəlmir. Azərbaycanda utilizasiya prosesi davam edir və artıq kifayət qədər avtomobil təhvil verilib. Bu avtomobilləri utilizasiyaya təqdim edən şəxslərin yeni nəqliyyat vasitələri alması gözlənilir. Buna görə də idxaldakı azalma müvəqqəti xarakter daşıyır və qarşıdakı dövrdə artım tempinin bərpa olunacağını düşünürük”, – deyə o bildirib.

E. Əliyev avtomobil parkının yaşlı olması fonunda idxalın azalmasının ciddi böhran kimi qiymətləndirilməməli olduğunu deyib. "Bu, müvəqqəti durğunluqdur”, – deyə Assosiasiya sədri əlavə edib.

Assosiasiya sədri daşınma marşrutlarında yaranan yüklənmənin də avtomobil qiymətlərinə təsir etdiyini diqqətə çatdırıb.

“İran-ABŞ-İsrail müharibəsi səbəbindən Bəndər Abbas istiqamətindən ölkəmizə avtomobil daşınmasında çətinliklər yaranıb. Hazırda ən optimal marşrut Çin–Qazaxıstan–Xəzər istiqamətidir. Lakin bu marşrutla yalnız Azərbaycana deyil, Avropaya da yüklər daşındığından logistika xətlərində yüklənmə müşahidə olunur. Nəticədə daşınma xərcləri artır. Logistika xərclərinin yüksəlməsi və tələbatın artması isə avtomobillərin qiymətinə təsir göstərir”, – deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Sentyabr 2026 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see299

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see223

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see206

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see186

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see186

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see186

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see184

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see184

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see183

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see183

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see182

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see182

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see181

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see181

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see181

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see178

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see177

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see177

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see174

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri