Maşına sayrışan işıq quraşdıran qazi sürücü irad bildirən xanımı təhqir etdi Evində kişi yoxdur? VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda avtomobilinə müdaxilə edən sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın 8 Noyabr prospektində qeydə alınıb.
Belə ki, 77-YN-279 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü xarici işıq cihazlarına müdaxilə edərək normativ tələbləri pozub. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, avtomobilin geriyə hərəkət işıqları yanıb-sönən rejimdə işləyir.
Sürücülük təlimçisi Arzu Kürsüm Babazadə sosial şəbəkədə həmin sürücüyə qayda pozuntusu ilə bağlı irad bildirib. Sürücü iradı qəbul etmədiyi üçün, xanım təlimçinin ünvanına təhqiramiz ifadələr işlədib. O, hətta səs yazısında "heç kim məni duracağa aparmır, yerindəcə həll edirəm, cəriməmi yazırlar" - deyib.
Sözügedən sürücünün qazi olduğu bildirilir.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 06 Mart 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















