Icma.az
close
up
RU
Maşında təhlükəli hərəkətlər edib “şou” göstərən sərnişinlər Sonu ölümlə nəticələnə bilər VİDEO

Maşında təhlükəli hərəkətlər edib “şou” göstərən sərnişinlər Sonu ölümlə nəticələnə bilər VİDEO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avtomobildə əyləşən hər bir sərnişin ilk növbədə təhlükəsizlik kəmərindən istifadə etməlidir. Təəssüf ki, əksər sərnişinlər təhlükəsizlik kəməri taxmırlar. Bu hal qəza şəraiti, yaxud qəza zamanı sərnişinin ağır xəsarət almasına, hətta ölümünə gətirib çıxara bilər. 

Təsadüfi deyil ki, sərnişinlərin xəsarət aldığı, hətta onların ölümüylə nəticələnən yol qəzaları kifayət qədərdir. Belə bədbəxt hadisələrin maksimum azalması üçün vacib məqamlardan biri də təhlükəsizlik kəmərindən istifadə olunmasıdır. 

Bəzi sərnişinlər nəinki kəmərdən istifadə etmirlər, hətta təhlükəli hərəkətlər edərək özlərini riskə atırlar. Xüsusilə gənc nəslin nümayəndələri  arasında maşının yan şüşələrindən, lyukundan başını, hətta bədəninin yarısını çölə çıxararaq və ya avtomobilin yük yerində oturaraq “şou” göstərənlər də az deyil. İşin ən acınacaqlı tərəfi isə onların törətdikləri əməlin qəzayla nəticələnə biləcəyini gözə almalarıdır. Adətən gənclər toy karvanında və ya kütləvi şəkildə avtoxuliqanlıq etdikləri zaman qeyd etdiyimiz davranışlara yol verirlər.

Elə vurğuladığımız məsələylə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Avtosfer.az-ın məlumatına görə, müxtəlif vaxtlarda qeydə alınmış videolarda təhlükəli hərəkətlər nümayiş etdirən sərnişinlər lentə alınıb. Belə ki, maşının yan şüşəsindən bədəninin yarısını çölə çıxaran gənc oğlan manevr zamanı asfalta yıxılıb. Xoşbəxtlikdən arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri onu görərək ehtiyatlı davranıblar.

Toy kortecində qeydə alınmış digər görüntüdə isə sərnişin maşının yük yerində uzanıqlı halda oturaraq arxadan gələn maşındakı sürücü və sərnişinlə dialoq qurub. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Mart 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri