Maşında yanan şəxs ora necə girmişdi? YENİLƏNİB
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hadisənin bəzi təfərrüatları məlum olub.
Redaktor.az xəbər verir ki, avtomobildə yanaraq ölən şəxs narkotik aludəçisi olub. Kimyaçılar qəsəbəsində yaşayan F.Həsənli gecə saatlarında küçədə gördüyü avtomobilin şüşəsini sındıraraq içəri daxil olub. O, soyuqdan qorunmaq üçün daxil olduğu avtomobilin içində ocaq yandırıb və yuxuya gedib. Salonun alovlanması nəticəsində R.Nəzərova məxsus avtomobil tamamilə yararsız hala düşüb və maşından çıxa bilməyən Fikrət yanaraq ölüb.
11:13
***
Xəbər verdiyimiz kimi, yanvarın 12-də Sumqayıtın Kimyaçılar qəsəbəsində avtomobildən yanmış kişi meyiti tapılıb.
Redaktor.az xəbər verir ki, aparılan araşdırmalarla “Kia Sorento” markalı avtomobildə meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənli olduğu müəyyən edilib.
Avtomobilin sahibi həmin şəxsi əvvəldən tanımadığını bildirib.
O, həmçinin qeyd edib ki, avtomobilini evin qarşısında saxlayıb və gecə yanğın xəbərinə küçəyə çıxıb. Bu zaman maşının salon hissəsində yanğın baş verdiyini görüb.
Ölən şəxsin cinayət qurbanı olması və ya özünün hər hansı başqa niyyətlə maşına daxil olması nəticəsində ölməsi versiyaları araşdırılır.
Hazırda prokurorluq tərəfindən zəruri ekspertizalar təyin edilib (Qafqazinfo).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 13 Yanvar 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















