Maşını arxaya sürdü, piyadanı öldürdü
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, Ehtiram Paşayev idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobili arxa-arxaya sürərkən yol kənarında dayanmış piyada Nurəddin Ağacan oğlu Fərəcovu vurub. Piyada aldığı xəsarətdən ölüb.
Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanılıb.
(qafqazinfo)
Baxış sayı:22
Mənbə:https://avtosfer.az