Maşını görə görə yola qaçan gənc oğlan qəzanın bir addımlığından döndü; yerə yıxıldı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın “Koroğlu” metrosunun yaxınlığında baş vermiş təhlükəli anlar avtomobilin kamerasına yansıyıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, yolu piyada keçidindən keçən gənc oğlan hərəkətdə olan maşına çırpılmaqdan son anda xilas olub. Kadra diqqətlə baxsaq piyadanın diqqətsiz şəkildə yolu keçdiyini görərik. İşin qəribə tərəfi isə onun sol tərəfdən gələn avtomobili görməsinə baxmayaraq yolu qaçması olub. Qəzanın bir addımlığından dönən piyada yerə yıxılıb və ayaqlarından yüngül xəsarət alıb. Daha sonra yaxınlıqdakı vətəndaşlar ona yardım göstəriblər.
Qeyd edək ki, hər bir piyada keçiddən keçməzdən əvvəl yolun hər iki tərəfinə diqqət etməlidir. Yaxınlaşmaqda olan maşın varsa onun dayandığına əmin olduqdan sonra yolu keçməlidir. Eyni zamanda keçidə yaxınlaşan sürücü də sürət həddini endirməli və keçiddən keçən piyadaya yol verməlidir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 İyul 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















