Icma.az
close
up
RU
“Maşınım 7 saatdır ofisin qarşısında olduğu halda cərimə gəlib” Natiq Cəfərli

“Maşınım 7 saatdır ofisin qarşısında olduğu halda cərimə gəlib” Natiq Cəfərli

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

REAL partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qanunsuz cərimə yazdığını iddia edir.

“Qafqazinfo” xəbər verir ki, N.Cəfərli parkinq xidmətindən istifadə etmədiyi halda AYNA tərəfindən 20 manat cərimələndiyini deyir. Bu barədə sosial şəbəkə hesabında paylaşım edən siyasətçi AYNA-nın aprelin 19-da yazdığı inzibati protokolla bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

“İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istədiyi kimi xərcləyən AYNA, sizdən mesaj aldım, bugünkü tarixdir. Bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında park etmişəm. Ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur, maşın 7 saatdır ofisin qarşısındadır.

Çağrı mərkəzinizə zəng etdim, 4 dəqiqə gözlətdiniz, sonra qapatdınız.

Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zinhara gətirmisiniz”, - deyə, N.Cəfərli fikrini bölüşüb.

Natiq Cəfərli daha sonra həmin problemə görə AYNA-dan ona zəng edildiyini və məsələ ilə bağlı araşdırma aparıldığını yazıb.

Qeyd edək ki, inzibati protokol İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən tərtib edilib. Bu maddə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsini nəzərdə tutur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri