Icma.az
close
up
RU
“Maşınımın sükanı arxasına heç 5 6 dəfə keçməmişəm” Müsahibə

“Maşınımın sükanı arxasına heç 5 6 dəfə keçməmişəm” Müsahibə

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bu gün Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı, Parlamentin “Hüquq siyasəti və dövlət quruculuğu” Komitəsinin sədr müavini Elşən Musayev doğum gününü qeyd edir.

“Qafqazinfo” millət vəkilinin Musavat.com-a verdiyi müsahibəni təqdim edir:

- Bəy, səhv etmirəmsə Vaqif Səmədoğlunun sözüdür: “30-dan sonra illər qaçır, 40-dan sonra isə uçur”. Həqiqətənmi belədir?

- Böyük ehtimal, bəli. Və elə ona görə də haqlı olaraq deyirlər ki, bu həyatda zamandan qiymətli heç nə yoxdur. Qədrini bilmək lazımdır.

- Geri baxdığınızda itirdiklərinizmi çoxdur, qazandıqlarınızmı?

Anadolu türklərinin gözəl bir sözü var: “Bu həyatı geri baxaraq yaşasaydıq, gözlərimiz “ensemizde” olardı”. Qatılıram, həmin fikrə. Yalnız və yalnız irəli baxmaq lazımdır. Təbii, keçmişdən dərs çıxarmağı, ibrət götürməyi unutmadan.

- Siyasətə necə gəlmisiz?

- Böyük istəklə. İnadla. Hətta bəzi ailə üzvlərimin, ən çox da atamın iradəsinə zidd gedərək. O, düşünürdü ki, mən ixtisasıma uyğun hüquq sahəsində fəaliyyət göstərməliyəm, mənsə düşünürdüm, siyasətçi olmalıyam. Amma nəhayətində mənimlə razılaşdı və qərarıma hörmət elədi. Həmin vaxtlar Ədliyyə Nazirliyində çalışırdım. 23 yaşım vardı.

- Dərhal seçkiyəmi qatıldınız?

- Xeyr, seçkiyə hələ iki il vardı. Həm, o zaman seçkiiyə qatılmağa yaşım da imkan vermirdi, çünki, belə deyək, passiv seçki hüququm, yəni, seçkidə iştirak hüququm yox idi. Ona görə bir az gözləməli oldum və yalnız 2005-ci ildə Parlament seçkiləri marafonuna qoşuldum.

- İlk cəhddəcə uduzmaq çoxmu ağır hissdir?

- Deməzdim. Hə, mən seçkidə uduzdum. Hətta ard-arda iki seçkidə uduzdum. Amma həmin seçkilərdə yığdığım, qazandığım təcrübə sonradan mənim köməyimə çox çatdı.

- Əvvəl Zaqatalanın deputatı idiniz. Nə dəyişdi ki, sonradan seçkiyə Qəbələdən qatılmağı düşündünüz?

- Əslində heç nə dəyişmədi. Bu, sadəcə rəhbəri olduğum Partiyann qərarı idi və mən də o qərara hörmətlə yanaşdım.

- Sizdən öncə Qəbələnin deputatı çox təcrübəli və nüfuzlu biri – mərhum Fəttah Heydərov olub. Ondan sonra Qəbələdə işləmək, insanlarla dil tapmaq, ümumi ahəngi qorumaq hansısa çətinlik yaratmır ki?

- Allah Fəttah müəllimə qəni-qəni rəhmət eləsin. O, bu həyatda tanıdığım ən böyük Heydər Əliyevçilərdən, ən ləyaqətli insanlardan biri olub. Və nə xoş ki, mən, müxtəlif seçki kampaniyalarında Fəttah müəllimlə çiyin-çiyinə fəaliyyət göstərmişəm, ondan nələrisə öyrənmişəm. Yəni, ən azından öyrənməyə çalışmışam. Əlbət, yeri görünür və hər zaman görünəcək. Çünki, belə nəhəng insanların yeri dolmur. Amma mən də əlimdən gələni edirəm ki, uzun illər Fəttah müəllimin seçicisi olan insanlara gücüm çatdığı qədər dəstək, diqqət göstərim və mənim üçün adı, xatirəsi son dərəcə əziz olan birinin ruhunu nigaran qoymayım.

- Seçicilərin müraciəti əsasən hansı istiqamətdə olur?

- Çox müxtəlif mövzularla bağlı məktublar alırıq və səmimi deyim, bəzən elə müraciətlər də olur ki, onlar deputat funksiyası, deputatın səlahiyyət dairəsi ilə qətiyyən uzlaşmır. Amma təbii, yenə də, bütün hallarda hamı ilə dil tapmağa, hamıya gücümüz çatan qədər kömək etməyə çalışırıq. Eyni zamanda bir məqamı xüsusi vurğulayım: bölgələrdə hakimiyyətin müxtəlif qollarının bir-biri ilə yaratdığı, yarada bildiyi münasibət olduqca önəmlidir. Lap dəqiq desəm: bəzi məsələlər var ki, onu anındaca, məsələn, icra başçısı ilə dərhal müzakirə edib, yoluna qoymaq mümkündür. Amma bir daha təkrar edirəm: O halda ki, gərək təmsil olunduğun rayonun rəhbərliyi ilə, digər qurumlarla normal münasibətin, kommunikasiyan olsun. Başqalarını bilmirəm, şəxsən mənim bu baxımdan bəxtim çox gətirib. Çünki, Qəbələnin son dərəcə ləyaqətli, mərd və insanpərvər bir icra başçısı var və biz ən kiçik problemi belə bərabər müzakirə edə, istənilən mövzu ətrafında fikir mübadiləsi apara bilirik. Bu isə daim ümumi işin xeyirinə olur və belə olan halda da ilk öncə vətəndaş, sakin, seçici qazanır.

- Bəy, bəlkə də sual banal səslənəcək, amma düşünürəm, verəcəyiniz cavab oxucular üçün maraqlı olar: Bir siyasətçinin xoşbəxtlik etalonu nədir? Daha doğrusu, xoşbəxtliyin hüdudları harda başlayır və harda bitir?

- Geniş və qlobal anlamda məni çox şey xoşbəxt edə bilər və edir: Dövlətimin gücü. Qarabağın işğaldan azad edilməsi. İlham Əliyev kimi müdrik liderimin olması və sair, ilaxır.

Amma şəxsi, fərdi kontekstdə bir az başqadır və düşünürəm ki, bir insan həyatda yalnız an, etap, dönəm etibarilə xoşbəxt olur. İtkilər, ölümlər, xəstəliklər...Həmişə kimsə, nəsə çatmır. Həmişə tamlıq üçün gərəkən kimlərsə, nələrsə əskik olur.

İcazənizlə, qısa bir haşiyə çıxım. İllər öncə, uzaq kəndlərin birinə, olduqca kasıb ailənin evinə, qohumumuzgilə qonaq getmişdik və həmin evdə mənim həmyaşıdım vardı. Uzağı 5-ci sinifdə oxuyardım. Demək, təsəvvür edin, yarpaq dolması bişiriblər – kənd dolmasının da bir başqa dadı olur axı – ləzzətlə yeyirəm. Və bir baxdım, haqqında danışdığlm tay-tuşum da handan-hana, hardansa gəldi və bizə qoşuldu. Mən yeməyimi çoxdan yemişəm, bu isə yeni başlayıb. 10 dəqiqə, 20 dəqiqə, 40 dəqiqə.....oturub gözləyirəm ki, bu da bitirsin, çıxaq çölə - bayıra, dərəyə, küçəyə. Bakıdan gələn uşağam, ürəyim partlayır gəzmək, dolanmaq üçün. Amma adamın yeməyi bitmir ki, bitmir. Daha doğrusu, sanki məqsədli şəkildə bitirmir ki, bitirmir. Əlqərəz, ürəyimi təmiz üzdü və yalnız ondan sonra evdən çıxdıq.

Bu məsələ mənim beynimdə ilişib qalmışdı və düz 20 il sonra onunla görüşdüyümdə zarafata salıb soruşdum ki, ay qardaş, sən canı, həmin gün niyə elə elədin? Yorğunmu idin, məni yolamı verirdin, yoxsa sadəcə evdən çıxmaqmı istəmirdin? Elə dolma yeməzlər axı...

Cavabı məhvedici idi....Dedi, Elşən, biz həmin dönəmdə o qədər kasıb, o qədər imkansız idik ki, bizim evdə dolma ən yaxşı halda il ərzində 1, ya da 2 dəfə bişirdi. O da əziz qonaqlar gələndən-gələnə. Bu səbəbdən mən dolmanın ləzzətini uzun-uzadı, doyasıca almağa, həmin ləzzətin müddətini maksimum uzatmağa çalışırdım. Vəssalam.

Bax əzizim, bəlkə uzun danışdım, amma mən bəzən xoşbəxtliyi həmin qohumun yediyi dolmaya bənzədirəm. Anı, ləzzəti, müddəti uzada bilərsən, amma daimiliyə, tamlığa varmaq həqiqətən çox çətindir.

- Gücmü önəmlidir, pulmu, ağılmı, vəzifəmi?

- Ən böyük sərvət ağıldır. O varsa, hər şeyi düzgün idarə edəcəksən. Gücü də, pulu da, vəzifəni də.

- İdarə etdiyiniz avtomobilin markası nədir?

“Toyota”. 5 il öncə almışam. Amma səmimi deyim ki, maşın sürməyi heç sevmirəm və həmin maşının sükanı arxasına da üst-üstə heç 5-6 dəfə keçməmişəm. Avtomobil adətən həyat yoldaşımın sərəncamında olur, harasa getmək lazım olanda da onunla gedirik. Ya da taksidən istifadə edirəm.

- Sürücünüz yoxdurmu?

- Mənim heç zaman sürücüm olmayıb.

- Musiqiyə münasibətiniz necədir?

Çox yaxşı. Musiqi mənim həyatımın böyük bir parçasıdır. Ən çox da estrada janrını, instrumental musiqini sevirəm.

- İfasını ən çox bəyəndiyiniz müğənni kimdir?

İfasını bəyəndiyim müğənnilər çoxdur. Allah hər birinin canını sağ, işini avand eləsin. Amma mənim şəxsi qənaətim budur ki, müasir Azərbaycan estradasında Brilliant Dadaşovadan o tərəfə kimsə yoxdur. Son dərəcə istedadlı, savadlı, peşəkar ifaçıdır. Hər zaman xüsusi zövqlə, ləzzətlə dinləyirəm.

- İdmanla aranız necədir?

Normal. Vaxt tapanda ara-sıra məşğul oluram.

- Xobbiniz varmı?

Xeyr.

Bəy, bu sualı əslində əvvəldə verməliydim, amma unutdum, axıra qaldı: Deputat olmsaydınız hansı işlə məşğul olardınız?

- Açığı bu barədə heç düşünməmişəm. Amma yəqin nəsə özümə bir iş, məşğuliyyət tapardım. (gülür)

- Demək istədiyiniz nəsə qaldımı?

- Tanrı Azərbaycanımızı, xalqımızı, dəyərli Prezidentimizi qorusun.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Avqust 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see141

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see140

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see127

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see127

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see127

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see119

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see118

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri