Maşının qabağına qəfil atılan gənc oğlan qəzadan saniyə ilə qurtuldu REAL VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Yasamal rayonunda “20 Yanvar” metrosu yaxınlığında qayda pozan piyada təhlükə yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 5-də saat 09:12 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, gənc oğlan işıqfora məhəl qoymayaraq hərəkətdə olan avtomobilin önünə qəfil çıxıb. O, maşının hərəkətə başladığını görsə də, yolu keçməyə çalışıb və həm özünü, həm də sürücünü təhlükə qarşısında qoyub. Xoşbəxtlikdən sürücü vaxtında reaksiya göstərərək nəqliyyat vasitəsinin hərəkətini dayandırıb və baş verəcək qəzanın qarşısını alıb.
Qeyd edək ki, sürücü videonu sosial şəbəkə hesabında paylaşıb və hadisədən dərin qorxu keçirdiyini bildirib.
Təəssüf ki, bəzən piyadalar işıqfora fikir vermir, hətta son saniyələrdə yolu keçməyə cəhd edirlər. Bu, həm onların, həm də sürücülərin həyatını risk altına qoyur. Piyadaların yol hərəkəti qaydalarına əməl etməsi təhlükəsizliyin əsas şərtidir və qəza riskini xeyli azaldır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 06 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















