Maşının qapısında gizli bölmə yaradıb narkotik daşıdılar; polis ƏMƏLİYYAT KEÇİRDİ VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin İstanbul şəhərində polis əməkdaşları şübhəli görünən avtomobili saxlayıblar.
Avtosfer.az xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsində xüsusi hazırlanmış gizli mexanizm aşkarlanıb.
Məlum olub ki, avtomobilin kilid düyməsinə basıldıqda qapıda gizli bölmə açılır. Həmin bölmədən isə narkotik vasitə və 50 gülləlik daraq çıxıb.
Hadisə ilə bağlı saxlanılan sürücü polis bölməsinə aparılıb. O, barəsində aparılan istintaqdan sonra məhkəmə qərarı ilə həbs edilib.
Görüntülər sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. İstifadəçilər gizli saxlanc qurğusunun peşəkarcasına hazırlanmasına diqqət çəkib və bu cür halların təhlükəliliyini vurğulayıblar.
Eltac Zülfüqaroğlu
Baxış sayı:118
Bu xəbər 01 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















