Icma.az
close
up
RU
Maşınını göstər, deyim kimsən: Azərbaycanda ən məşhur avtomobillər

Maşınını göstər, deyim kimsən: Azərbaycanda ən məşhur avtomobillər

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda minik avtomobillərinin ümumi sayı 1 milyon 501 min 957 ədəd olub. 

Ölkəmizdə ən çox istifadə olunan minik avtomobilləri hansılardır və niyə görə? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Rusiyanın ən çox minik avtomobili ixrac edən ölkələrdən biri Azərbaycan olub. 

Onun sözlərinə görə, Bakıdan kənarda, bölgələrimizdə əsasən Sovet və Rusiya istehsalı avtomobillər çoxluq təşkil edir:

“Azərbaycanda ən çox istifadə olunan avtomobillər Sovet istehsalı avtomobillər olub. Daha sonra onun yerini Rusiya istehsalı avtomobillər tutub. Rusiyada istehsal olunan minik avtomobillərinin ixrac siyahısında ölkəmiz 5-ci yerdə olub. 

Daha sonra Rusiyanın avtomobil sənayesində bir az problemlər yaşandı. 

Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalarda sonra Rusiyanın avtomobil sənayesində çökmə baş verdi. Hazırda Rusiyadan ölkəmizə idxal olunan minik avtomobillərinin sayı azalıb. Amma bu, o demək deyil ki, istismar da azdır. 

Hazırda istismarda ən çox yenə də Rusiya istehsalı avtomobillərdir. Bu gün Rusiyadan idxal olunan avtomobillərin yerini Çin istehsalı avtomobillər tutur. Amma Çin istehsalı avtomobillər bizim ölkəmizdə bir o qədər də çox deyil". 

O bildirib ki,Çin avtomobilləri üçün ölkəmiz yeni bazardır:

"Daha sonra ölkədə ən çox istifadə olunan avtomobillərə Cənubi Koreya, Yaponiya və Avropa istehsalı avtomobilləri aid edə bilərik”. 

Eldəniz Cəfərov qeyd edib ki, marka olaraq götürsək, onda "Lada" avtomobilləri birinci yerdə olacaq:

“Ölkəmizdə uzun illər ən çox populyar olan avtomobil sedan tipli sovet istehsalı avtomobillər olub. Sovet və Rusiya istehsalı avtomillərdə əsasən bu tipli avtomobillər üstünlük təşkil edib. Daha sonra getdikcə burada bir az seqment dəyişkənliyi olub. Hetçbek avtomobillər, krossoverlər, offroadlər, yəni yolsuzluq avtomobilləri də ortaya çıxıb. Hazırda  krossoverlərə maraq daha çoxdur. Çünki krossoverlərin də sedanlar kimi  mühərrik həcmi o qədər də böyük deyil. Amma offroadlər, yolsuzluq avtomobilləri kimi də bir qədər hündürdür. Yəni,  yolsuzluq avtomobili ilə sedanın birləşməsindən əmələ gələn krossoverlər hazırda daha çox populyardır.

Marka olaraq "Lada" avtomobilləri birinci yerdə ola bilər. Azərbaycanda ən çox sürülən avtomobillər köhnə "Juqili"lər, daha sonra Rusiya istehsalı "Lada" markalı avtomobillərdir. Bakı şəhərində əsasən biz Almaniya, Yaponiya, Koreya istehsalı avtomobilləri görürük. Bakıdan kənara çıxdıqda, Abşeronda, bütün şəhər və bölgələrimizdə əsasən Rusiya istehsalı avtomobillərdir. Markalara görə "Lada", "Toyota", "Hyundai", "Mercedes" çoxdur”. 

Sığorta eksperti Şahin İsmayılov isə bildirib ki, Azərbaycanın minik avtomobil bazası olduqca rəngarəg və çoxsaylıdır.

Bu baza əsasən istehsal tarixi 10 - 20 il və daha çox olan avtomobillərdən ibarətdir. Populyar avtomobil marka və modelləri aşağıdakı kimi bölünüb:

“İlk yer "Mercedes-Benz" markasından olan bütün modellərə aiddir. Sonrakı yerləri yenə də Almaniya istehsalı olan "Opel Astra" və "Opel"in digər modelləri, BMW, Rusiya istehsalı olan VAZ markasının modelləri tutur.

Son 10 ildə Koreya istehsalı olan KİA markasının müxtəlif modelləri geniş populyarlıq qazanıb. Bu markadan olan avtomobillər əsasən dözümlü və ekonom olduqları üçün daha çox alınır.

Son 7 - 8 ildə isə Yaponiya istehsalı olan "Toyota Prius" avtomobillərinin ölkəyə kütləvi idxalı həyata keçirilməyə başladı. Bu gün bazarda bu markalı avtomobillərin sayı hədsiz çoxdu. Səbəb yenə də ekonom və dözümlü olmasıdır. 

Bu kimi avtomobillər taksi xidmətinə yararlı olduğu üçün geniş populyarlıq qazandı. Ancaq bu avtomobillərin çoxsaylı qəza törətmələri, "Prius"lara qarşı bir növ antipatiya yaratdı”.

Ekspert deyir ki, zamanla statistik göstəricilərdə dəyişiklik ola bilər:

“Ölkənin avtomobil bazasını yeniləmək üçün istehsal ili 10 ildən çox olan avtomobillərin ölkəyə idxalına qoyulan qadağanın qüvvəyə minməsindən sonra çox populyar olan avtomobillərin ölkəyə gətirilməsi dayandırıldı. Buna baxmayaraq, istifadədə olan belə avtomobillər olduqca çoxdur və statistik göstəricilərdə hələ də ilk yerlərdə olmaqda davam edirlər.

Yeni qaydalarla idxal olunan avtomobillər arasında ilk yerlərdə "KİA Rio" və KİA-nın müxtəlif modelləri üstünlük təşkil edir. Son illərdə Çin istehsalı hibrid və elektrik avtomobillərin sayı artsa da, onlar o həddə deyillər ki, avtomobil sayında statistik dəyişikliklərə səbəb olsunlar.

Ancaq yaxın bir neçə il ərzində köhnə avtomobillərin sıradan çıxması ilə belə statistik dəyişikliyi müşahidə edə biləcəyik. Buna isə zaman lazımdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri