Maşınını pulsuz verir, nömrəyə isə 1000 dollar istəyir Bu şərtlə
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Macarıstanda köhnə avtomobil sahibi qeyri-adi satış elanı ilə diqqət çəkib. O, “BYD-666” dövlət qeydiyyat nişanını satır, avtomobili isə faktiki olaraq pulsuz verir.
Lent.az xəbər verir ki, elan “Facebook”dakı BYD həvəskarları qrupunda yerləşdirilib.
Hazırda “BYD-666” nömrəsi 1989-cu il istehsalı olan “Maruti 800” avtomobilinin üzərindədir.
Satıcının sözlərinə görə, tələb etdiyi məbləğ avtomobilə deyil, məhz xüsusi dövlət qeydiyyat nişanına görədir. Avtomobil isə nömrə ilə birlikdə alıcıya verilir.
Ümumi qiymət təxminən 1000 dollar təşkil edir. Satıcı avtomobilin yaxın vaxtlarda yeniləndiyini də bildirib.
Nömrəni başqa avtomobilə keçirmək asan deyilLakin alıcı “BYD-666” nömrəsini avtomobildən çıxarıb dərhal başqa maşına taxa bilməyəcək.
Bunun üçün əvvəlcə “Maruti 800” yenidən qeydiyyatdan keçirilməli, daha sonra “BYD-666” fərdi seçilmiş dövlət qeydiyyat nişanı kimi alınmalıdır. Yalnız bundan sonra nömrənin başqa avtomobilə keçirilməsi mümkün olacaq.
Satıcının sözlərinə görə, bütün bu inzibati prosedurlar əlavə olaraq təxminən 630 dollara başa gələcək.
Elana əsasən, qeyri-adi nömrə artıq potensial alıcıların diqqətini çəkib. Satıcı onunla bağlı bir neçə müraciət aldığını bildirib.
Baxış sayı:137
Bu xəbər 04 Sentyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















