Maşinistlər işə çıxmadı, metro iflic oldu
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
İngiltərənin paytaxtı Londonda metro maşinistlərinin tətili nəqliyyatda ciddi çətinliklər yaradıb. Bir sıra metro xətlərində qatarların hərəkəti dayandırılıb, sərnişinlər isə gecikmələrlə üzləşib.
“Yeni Sabah” xəbər verir ki, tətilə Dəmir Yolu, Dəniz və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqının üzvü olan metro maşinistləri qoşulub. Maşinistlər iş şəraiti ilə bağlı rəhbərliklə razılığa gələ bilmədikləri üçün etiraz aksiyası keçirirlər.
Noyabrın 26 və 27-də keçirilən tətil səbəbindən London metrosunun bəzi xətlərində qatarların hərəkəti dayandırılıb. Məişət texnikası
Qeyd edək ki, son günlər Qərbi Avropada dəmir yolu nəqliyyatında da oxşar problemlər yaranıb. Avropa ölkələri arasında sürətli qatar səfərləri təşkil edən “Eurostar” şirkəti də əməkdaşlarının qəfil tətilə başladığını açıqlayıb. Bu səbəbdən İngiltərə ilə Fransa arasında dəmir yolu əlaqəsində fasilələr yaranıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Noyabr 2026 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















