Icma.az
close
up
RU
Maşınla ana və qızını vuraraq öldürən şəxsin cəzası yüngülləşdirildi

Maşınla ana və qızını vuraraq öldürən şəxsin cəzası yüngülləşdirildi

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən B.Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardı hökm təyin edilmiş cəzanın həddi və cəzaçəkmə müəssisəsinin növü hissəsində dəyişdirilib. Həmin hökmlə təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 1 il 6 ay endirilməklə, cəza 5 il müəyyən edilib. Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət hazırkı qərarla müəyyən olunmuş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılıb və üzərində qəti olaraq 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd: Hadisə 13 iyul 2023-cü ildə saat 22:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci kilometrində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini B.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini L.İbrahimovanı və qızını vurub. Qəza nəticəsində hər iki piyada hadisə yerində ölüblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Əliyev 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdi və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdı.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Fevral 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see192

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see171

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see159

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see132

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see127

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see127

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see123

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see119

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see118

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see117

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see117

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see117

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see116

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see116

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see115

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see115

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see115

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri