Maşınlardan maqnitofon oğurlayan şəxs tutuldu
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Avtomobillərdən maqnitofon oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb.
Hadisələr zamanı zərərçəkənlərə, ümumilikdə, 2144 manat maddi ziyan vurulub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 23 yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Baxış sayı:83
Bu xəbər 17 Yanvar 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















