Icma.az
close
up
RU
Mask GPT 4 ə qarşı yeni “silahını” işə salır “xAI” və “OpenAI” qarşıdurması qızışır

Mask GPT 4 ə qarşı yeni “silahını” işə salır “xAI” və “OpenAI” qarşıdurması qızışır

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


“SpaceX” və “Tesla”nın qurucusu, həmçinin “X” (keçmiş “Tvitter”) sosial şəbəkəsinin sahibi olan İlon Mask sabah – 18 fevral tarixində “Grok 3” adlı yenilənmiş süni intellekt modelini təqdim edəcək.
Yeniavaz.com
xəbər verir ki, “Grok 3” Maskın sahibi olduğu “xAI” şirkətinin inkişaf etdirdiyi süni intellekt modelidir.
Bu model “OpenAI”ın GPT-4 adlı modelinə rəqib kimi hazırlanıb və əsasən “X” platformasında istifadəyə yönəldilib.
Bildirilir ki, “Grok” seriyasının üçüncü versiyası olan bu model əvvəlkilərdən daha güclü, daha sürətli və daha təkmilləşdirilmiş məntiqi təhlil qabiliyyətinə malik olacaq.
İlon Mask verdiyi açıqlamalarda qeyd edib ki, “Grok 3” “Yer üzündəki ən ağıllı süni intellekt” olacaq.
Mütəxəsiislər belə hesab edirlər ki, “Grok 3”ün GPT-4-dən bir sıra üstünlükləri olsa da, bəzi çatışmazlıqları da var.
“Grok 3”ün ən böyük üstünlüyü odur ki, bu model “X” platformasından real vaxt məlumatlarını oxuyaraq aktual mövzular haqqında məlumat verə bilir. Bu, “OpenAI”ın ChatGPT modelindən üstün bir xüsusiyyətdir. Çünki ChatGPT-nin məlumat bazası müəyyən tarixdə dayandırılır və istifadəçilər üçün real vaxtda yenilənmir.
“Grok 3”ün əsas çatışmazlığı isə açıq mənbəli olmasıdır ki, bu da bəzi hallarda dezinformasiyanın yayılmasına və təhlükəsizlik boşluqlarına yol aça bilər.
Məlumat üçün bildirək ki, açıq mənbəli (Open-source) hamı üçün açıq olan proqram və ya texnologiyadır. Yəni, istənilən şəxs onu görə bilər, dəyişdirə bilər və inkişaf etdirə bilər. Məsələn, “Linux” və ya “Android” açıq mənbəlidir, proqramçılar onu dəyişib yeni versiyalar yarada bilərlər.
Qapalı mənbəli (Closed-source) isə sadəcə sahib olduğu şirkət və ya təşkilat tərəfindən idarə olunan texnologiyadır. İstifadəçilər ondan istifadə edə bilər, amma kodunu dəyişdirə bilməzlər. Məsələn, “Windows” və ya “iOS” qapalı mənbəlidir. Onların necə işlədiyini “Microsoft” və “Apple” müəyyənləşdirir, başqaları kodunu dəyişə bilməz.
Onu da bildirək ki, hazırda İlon Mask “OpenAI” şirkətini özünün əsas rəqiblərindən biri hesab edir. Mask “OpenAI”ınn ilk sahiblərindən biri olub. “OpenAI” ilk vaxtlar qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərib. Daha sonra şirkət biznes məqsədli layihələr üzərində işləməyə başlayıb. Bu məqsədlə “Microsoft” şirkəti ilə əməkdaşlığa başlayıb. “OpenAI” 2019-cu ildə “Microsoft”dan milyardlarla dollarlıq investisiya aldıqdan sonra kommersiya yönümlü fəaliyyətə başlayıb. İlon Mask isə buna etiraz edərək şirkətdən ayrılıb. İlon Mask belə hesab edir ki, süni intellekt açıq mənbəli olmalıdır.
İlon Mask “OpenAI”ya qarşı məhkəmə iddiası da qaldırıb. Bu yaxınlarda isə İlon Mask bildirib ki, o,  “OpenAI” şirkətini 97,4 milyard dollaa satın almağa hazırdır. “OpenAI” Maskın bu təklifini rədd edib. Şirkətin baş direktoru Sem Altman isə öz növbəsində bildirib ki, əgər Mask “X” sosial şəbəkəsini 9,74 milyard dollar satmaq istəsə, onlar ala bilərlər.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Fevral 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri