Mask: Harris marionet rejimi müharibə qızışdırıcıları üçün faydalıdır
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"ABŞ rəhbərliyinin beynəlxalq hərbi münaqişələrin başlanmasının tərəfdarları Demokrat Partiyasından olan namizəd Kamala Harris prezident seçkisində qalib gələrsə, marionet rejimi qurmaq istəyəcəklər".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu fikri İlon Mask bildirib.
"Müharibə qızışdırıcıları Kamala Harrisin marionet rejimini istəyirlər, çünki onlar daha çox müharibə əldə edəcəklər", - deyə Mask ABŞ-li teleaparıcı Co Roqana müsahibəsində bildirib.
Maskın sözlərinə görə, Harrisin namizədliyini dəstəkləyən ABŞ hakimiyyət nümayəndələri müharibədən fayda əldə edirlər. O, yaranmış vəziyyəti dəlilik adlandırıb və müharibə qızışdırıcılarının Respublikaçılar Partiyasından olan namizəd Donald Trampa nifrət etdiklərini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 05 Noyabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















