Icma.az
close
up
RU
İrana qarşı planlaşdırılan əməliyyat, Çində hərbi çevriliş cəhdi, “Epşteyn işi” üzrə yeni məlumatlar... Bir zəncirin həlqələri

İrana qarşı planlaşdırılan əməliyyat, Çində hərbi çevriliş cəhdi, “Epşteyn işi” üzrə yeni məlumatlar... Bir zəncirin həlqələri

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir zəncirin həlqələri: İrana qarşı planlaşdırılan əməliyyat, Çində hərbi çevriliş cəhdi, “Epşteyn işi” üzrə yeni məlumatlar...

“İranla münaqişələrdən çəkinin və onunla münasibətləri 1960-cı illər çərçivəsinə qaytarmağa çalışın. Əks təqdirdə Üçüncü Dünya müharibəsi başlaya bilər”- Zbiqnev Bjezinskinin “Böyük şahmat lövhəsi” kitabında ABŞ liderlərinə məsləhəti...

“Sözsüz ki, ABŞ prezidenti reallığı dərk etməyə başlayıb. Elə buna görə də son silah kimi qəzəb və hədəyə əl atır, ritorikanı sərtləşdirir. Ancaq bunların hamısı acizliyin və çarəsizliyin əlamətləridir...”

Son günlərdə ABŞ-İran qarşıdurması ilə eyni vaxtda beynəlxalq aləmdə geniş rezonans doğurmuş, lakin müəmma örtüyünə bürünmüş iki maraqlı hadisə baş verdi. 

Birinci hadisə: 

Onunla bağlı məlumatın həm şayiə formasında yayımlanmış, həm də rəsmi şəkildə təqdim olunmuş variantı var: 

Şayiə:

Rusiyanın «Военное обозрение» nəşrinin 26 yanvar 2026-cı il tarixli məlumatına görə, Çində dövlət çevrilişinin qarşısı alınıb. Qiyamı iki yüksək rütbəli hərbçi - Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Çjan Yusya və Mərkəzi Hərbi Şuranın Birləşmiş Qərargahının rəisi general-polkovnik Lyu Çjenli təşkil ediblər. Sui-qəsdçilər 2026-cı il yanvarın 18-nə keçən gecə Çin Xalq Respublikasının sədri Si Tsinpini Pekində yerləşən hökumət otelində həbs etmək istəyirmişlər. Si Tsinpinin yaxın ətrafı qiyamdan iki saat əvvəl sui-qəsd barədə məlumat əldə edib. O, oteli tərk etməyə və əks-tədbirlər görməyə imkan tapıb. Qiyamçılarla sədrin mühafizə xidməti arasında atışma baş verib. Hadisədən dərhal sonra Birləşmiş Qərargahın fəaliyyəti müvəqqəti dayandırılıb. Hazırda qoşunları şifrəli mesajlar yolu ilə Mərkəzi Hərbi Şura idarə edir. Bütün bölmələr yüksək döyüş hazırlığı rejiminə keçirilib, onların hərəkəti məhdudlaşdırılıb, məlumat sızmasına yol verməmək üçün hərbçilərin mobil telefonları əllərindən alınıb...

Rəsmi: 

Çinin ordu qəzeti “Tszefan Tszyunbao”nun məlumatına əsasən, 2026-cı il yanvarın 24-də Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Çjan Yusya və Mərkəzi Hərbi Şuranın Birləşmiş Qərargahının rəisi general-polkovnik Lyu Çjenli vəzifələrindən kənarlaşdırılıb. Onlar barəsində təhqiqat başlanıb. Generallar Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin inam və etibarına ciddi şəkildə xəyanət ediblər.

Maraqlıdır. Qərbdə Çin generallarının həbsi təəssüf hissi ilə qarşılanıb. Bu məsələ “Stalin təmizləmələrinin” davamı və Si Tsinpinin şəxsi diktaturasının möhkəmləndirilməsi kimi təqdim olunub. Məsələn, “Asiya Cəmiyyəti Siyasət İnstitutu”nun (Asia Society Policy Institute, ASPI) təhlilçisi Layl Morris təcrübəli generallara qarşı keçirilmiş repressiyaya görə Si Tsinpini kəskin tənqid edib.

Arayış: 

“Asiya Cəmiyyəti Siyasət İnstitutu” (Asia Society Policy Institute, ASPI) 1956-cı ildə beynəlxalq qeyri-kommersiya təşkilatı olan “Asiya Cəmiyyəti”nin nəzdində yaradılmış analitik mərkəzdir. “Asiya Cəmiyyəti Siyasət İnstitutu”nun təsisçisi Con Devison Rokfellerdir (1874-1960). “Asiya Cəmiyyəti”nin özünü isə 1784-cü il yanvarın 15-də britaniyalılar yaradıblar. Məqsəd şərq ölkələrini öyrənmək və onlarla əlaqələri möhkəmləndirmək olub...

İzah: 

Çində generalların həbsi ilə İran ətrafındakı proseslərin üst-üstə düşməsi təsadüf ola bilərmi? Əgər bu hadisə Çində deyil, misal üçün, Hindistanda baş versəydi, onunla İran-ABŞ münasibətləri arasında əlaqə axtarmamaq olardı. Amma Çinlə bağlı vəziyyət fərqlidir. Bu ölkə İranın ən yaxın müttəfiqidir. Deməli, əsaslı şəkildə ehtimal edə bilərik ki, iki hadisə arasında təkcə zaman deyil, həm də məkan və məzmun əlaqəsi mövcuddur. Beləliklə, hesab etmək olar ki, ABŞ-ın İran planı tam iflasa uğrayıb. Nəzərə alaq ki, məhz Çinin yardım və dəstəyi olmasaydı, İran indikindən qat-qat çətin vəziyyətdə olardı. Görünür, Çində hakimiyyəti ələ keçirmək istəyən generallar ABŞ-dan alacaqları dəstəyin əvəzində öz üzərlərinə İranla bağlı müəyyən öhdəlik götürmüşdülər. Donald Trampın klanı da məhz buna arxayın olaraq ABŞ donanmasını Ərəb dənizinə göndərmişdi. İndi isə ABŞ prezidenti həqiqətən də çıxılmaz durumdadır...

İkinci hadisə: 

ABŞ Ədliyyə Departamenti “Ceffri Epşteyn işi” üzrə 3 milyondan çox yeni sənəd yayıb. Xatırladaq ki, “Epşteyn adası” kimi tanınan bir adada Ceffri Epşteyn (1953-2019) azyaşlı qızların cinsi istismarını təşkil etmişdi. Xeyli tanınmış şəxs bu adada onun qonağı olmuşdu. Yeni yayılan sənədlərdə ABŞ prezidenti Donald Tramp, milyarder Elon Mask və başqa məşhurların adları çəkilir. İddia olunur ki, Donald Tramp təxminən 35 il əvvəl Nyu-Cersi ştatında 13 yaşlı bir qıza təcavüz edib. Cinsi istismara məruz qalan azyaşlı qız Donald Trampı həssas yerindən dişləyib. Buna görə Tramp ona yumruq vurub...

İzah: 

Güman etmək olar ki, “Epşteyn işi” üzrə yeni məlumatları İranla müharibəni istəməyən qüvvələr (qlobalistlər) yayıblar. Yeri gəlmişkən, sənəddə adı çəkilən Elon Mask da İrana qarşı savaşın qatı tərəfdarıdır. Diqqəti cəlb edən digər məsələ isə budur ki, “Epşteyn işi” üzrə yeni məlumatlar Çindəki  çevriliş cəhdindən sonra yayılıb. Bu isə öz növbəsində ortaya iki fərziyyəni çıxarır:

1. Çin Xalq Respublikasının rəhbərliyini çevriliş cəhdi barədə ABŞ-dakı qüvvələr məlumatlandırıblar. Amma bu ehtimal, zənnimizcə, zəifdir.

2. Çində çevriliş cəhdi baş tutmadıqdan sonra İran probleminin hərbi yolla həllinin perspektivsizliyini anlayan qlobalistlər D.Trampdan tələb ediblər ki, əməliyyatı dayandırsın. Lakin o, tərslik etdiyinə görə radikal tədbirə əl atıblar...

Haşiyə: 

ABŞ qlobalistlərinin ən görkəmli nümayəndələrindən biri olmuş yəhudi əsilli Zbiqnev Bjezinskinin (1928-2017) “Böyük şahmat lövhəsi” kitabında ABŞ liderlərinə məsləhəti: “İranla münaqişələrdən çəkinin və onunla münasibətləri 1960-cı illər çərçivəsinə qaytarmağa çalışın. Əks təqdirdə Üçüncü Dünya müharibəsi başlaya bilər”...

Nəticə: 

Bu ehtimalın doğru olub-olmadığı yaxın günlərdə bilinəcək. Hazırda isə belə görünür ki, Tramp əli çatan bütün vasitəçiləri işə salıb İranı hansısa kiçik bir güzəştə və ya ABŞ qoşunlarının heç olmasa bir neçə cavabsız zərbəsinə razı salmaq istəyir. O, bununla həm öz simasını qorumağa, həm də İran rəhbərliyinə nifrətini simvolik də olsa həyata keçirməyə çalışır. Amma yəqin ki, İran ABŞ prezidentinin bu xahişini rədd edəcək.

ABŞ rəhbərliyinin mövcud vəziyyəti onun İrana hansısa bir formada zərbə vuracağını istisna etmir. Amma əvvəlki yazılarımızda (bax: “İran İslam Respublikası süquta uğrayacaqmı?”, “İran hakimiyyətinə qarşı “PKK” kartı, Qacar və Qaraqoyunlu şahzadələri...”, “ABŞ, əslində, hansı ölkəni vuracaq: İranı, yoxsa...?”) qeyd etdik ki, mümkün variantların heç biri gözlənilən nəticəni verməyəcək. Onların hamısı faktiki olaraq bəri başdan bloklanıb. Sözsüz ki, ABŞ prezidenti reallığı dərk etməyə başlayıb. Elə buna görə də son silah kimi qəzəb və hədəyə əl atır, ritorikanı sərtləşdirir. Ancaq bunların hamısı acizliyin və çarəsizliyin əlamətləridir. 1950-ci illərdən işlənib hazırlanmış, dəfələrlə edilmiş düzəliş və əlavələrlə ideal səviyyəyə çatdırılmış strateji planı bir kənara atıb “Tövrat” və “İncil” mətnlərinin təfsir variantlarından yalnız birini rəhbər tutanda başqa cür ola da bilməzdi...

P.S. Bütün zamanlarda dini fanatiklər ən böyük qələbəni məntiq üzərində qazanıblar… Qeyri-rasional düşüncənin rasional düşüncə üzərində qələbə çalması mümkündür. Çünki bu qələbə ayrı-ayrı fərdlərin beyinlərində baş verir. İnsan beyni həqiqətən də mürəkkəbdir. Amma sonra həmin fərdlərin bütün fəaliyyəti dalana dirənir. Axı məntiqsizlik həm də sistemsizlik deməkdir. Sistemsiz fəaliyyət isə xaosun özüdür...

Müəllif: tədqiqatçı Araz Şəhrili

01.02. 2026

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Fevral 2026 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri