Mask televiziya kanalı alır?
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Amerika telekommunikasiya nəhəngi "Comcast" bəzi tanınmış media aktivlərini ləğv etməyi planlaşdırdığını bildirdikdən sonra "CNBC" və "MSNBC" kanallarının taleyi ilə bağlı suallar yaranıb.
"Cebheinfo.az" xəbər verir ki, iki qurum şərti olaraq "SpinCo" adlanan yeni şirkətə çevriləcək. Bu, o deməkdir ki, onlar uzun müddətdir bağlı olduqları "NBC" yayım şəbəkəsini mütləq tərk edəcəklər.
"Euronews" xəbər verir ki, iki kanalın satışı ilə bağlı şərhlər davam edərkən, texnologiya milyarderi İlon Maskın "MSNBC"-ni ala biləcəyi ilə bağlı zarafatlar gündəmə gəlib.
Hadisə Donald Trampın oğlu kiçik Donald Trampın "MSNBC"-nin yayım qrupundan ayrıldığını elan edən postda Maskı işarələməsi ilə başlayıb.
Mask "Bu, nə qədərdir?" deyərkən kiçik Tramp da “Deməli, çox ola bilməz. Reytinqlərinə bax",- deyə zarafat edib.
Bununla belə, ekspertlər Maskın əslində Trampla problem yaşayan və liberal yayım yanaşmasına malik "MSNBC"-ni alacağını düşünmürlər.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 26 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















