Mask Trampın seçki kampaniyasına 260 milyon dollar xərcləyib AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
SpaceX-in qurucusu İlon Mask ABŞ-da prezident seçkiləri zamanı Donald Trampın Ağ Evə qayıtmasına kömək etmək üçün ən azı 260 milyon dollar xərcləyib.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Federal Seçki Komissiyasının sənədlərinə əsaslanaraq CNN telekanalı məlumat yayıb. Məqalədə qeyd olunur ki, SpaceX-in qurucusu prezident kampaniyasının ən böyük siyasi sponsorlarından biri olub və bu ilin seçkilərinin nəticəsinə böyük təsir göstərib.
ABŞ-ın seçilmiş prezidenti Tramp əvvəllər elan edib ki, Mask və iş adamı Vivek Ramasvami hökumətin səmərəliliyinin artırılması və bürokratiya ilə mübarizə ilə məşğul olacaq yeni quruma rəhbərlik edəcəklər. Tramp qeyd edib ki, yeni qurum geniş miqyaslı struktur islahatı aparmaq məqsədilə Ağ Ev və onun İnzibati Büdcə İdarəsi ilə əməkdaşlıq edəcək.
Baxış sayı:99
Bu xəbər 06 Dekabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















